Özünü oxuduğu məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edən Elina Hacıyevanın ölümü ilə bağlı yeni faktlar məlum olub.
Oxu24.com xəbər verir ki, mərhum Elinanın nənəsi Solmaz Əsgərova News24.az-a açıqlamasında bildirib ki, Elinaya tramadol həbini özünü pəncərədən atandan sonra içirdilib:
“İstintaq davam edir, çox insan dindirilib. İstintaq zamanı məlum olub ki, tramadol Elinaya pəncərədən yıxlandan sonra içirdilib. Halbuki Elina yıxlandan sonra tramadol həbini əvvəldən içdiyini deyir, amma bu ona Sevinc Abbasovanın təkidi ilə məcburən dedizdirilib. Elina yıxılan saatdan sonra bütün apteklərə baxış keçirilib və məlum olub ki, tramadolu həmin məktəbin başqa şagirdi alıb, bu da Sevinc Abbasovanın səyi nəticəsində baş tutub. Yəqin istəyirlərmiş ki, Elinanın üstünə şər atsınlar, Elina tərbiyəsiz ailənin uşağı idi, bəlkə də narkoman adı qoymaq istəyirlərmiş”.
{banner_reklam}
S.Əsgərova deyib ki, Elinaya üç tramadol içirdildiyi məlum olub: “İstintaq hələ bitməyib. O səbəbə bəzi məlumatları bilirik, amma açıqlaya bilmirik. Bu fakt da ərazilərdəki videoyaya baxış zamanı ortaya çıxdı. Halbuki Elina videoda bu dərmanı 20-ci sahədən aldığını demişdi. Amma bu fakt onu göstərir ki, bu söz Elinaya dedizdirilib”.
Həmçinin oxu: Rövşən Lənkaranski ilə eyni gündə öldürülən azərbaycanlı “Qoca” kimdir– DOSYE Oxu24.com
ŞƏRHLƏR