Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12808
az

Bakıda şok!\"Təndir\" restoranında vətəndaşlara viza satan ölkə hansıdır?

12:5706 May, 2019
992
  • A
 
Polşa səfirliyinin pulla viza satması barədə sensasiya doğuracaq səs yazısı yayılıb.

Oxu24.com  xəbər verir ki, Femida.az -ın əldə etdiyi məlumata görə, Polşa Respublikasının Bakıdakı Səfirliyi müəyyən məbləğ ödənilməklə Azərbaycan Respublikası vətəndaşlarına viza satıb. Saytımıza daxil olan məlumata görə, viza almaq üçün Polşa Səfirliyinə müraciət edən Azərbaycan Respublikasının vətəndaşı Mirzəyeva Telli Mirsədir qızı bunun üçün pul ödədiyini etiraf edib.Daxil olan səs yazsında vətəndaş viza üçün pulun Polşa Səfirliyinin yaxınlığında yerləşən “Təndir” sexinin kassasına verildiyi məlum olub.


Məlumat üçün qeyd edək ki, bəzi Avropa ölkələri Azərbaycanı insan haqqlarının tapdanmasında, korrupsiyanın geniş yayılmasında ittiham edir. İki standartlara söykənən Avropa demokratiyadan, şəffaflıqdan danışarkən Polşa Respublikasının vizanı pulla satması bu ölkələrin Azərbaycana qarşı obyektiv mövqeyini şübhə altına alır.

Xatırladaq ki, Polşa Respublikası bundan əvvəl vizanın pulla satılmadığını və bu sistemin şəffaf olması barədə rəsmi məlumat yaymışdı.

Polşa Respublikasının Bakıdakı Səfirliyi bildirir ki, heç bir şirkət və ya şəxsin Polşa Respublikasının Bakıdakı Səfirliyinin elektron konsulluq sistemində viza ərizəsi verməklə bağlı qeydiyyatdan keçmək üçün hər hansı ödəniş haqqı götürməyə hüququ yoxdur.
Məlumatda qeyd olunur ki, qeydiyyat pulsuzdur və yalnız www.e-konsulat.gov.pl saytından mümkündür:

"Viza sistemində yerləri sifariş etməklə, sonra satmaq və ya maraqlı şəxslərə ötürmək yalnız sistemin bloklanmasına səbəb olur və buna görə qeydiyyatdan keçmək və görüş götürmək mümkün olmur.
Səfirlik belə bir prosedurun olması barədə siqnallar aldığı üçün bütün bu tip hallar, Polşa vizasını almaq istəyən Azərbaycan vətəndaşları və digər ölkələrin Azərbaycan Respublikasındakı vətəndaşları tərəfindən polisə bildirilməlidir", deyə bu ilin yanvarında yayılmış rəsmi açıqlamada qeyd edilmişdi.

Femida.az Polşa Səfirliyindən pul qarşılığında viza alınmasını əks etdirən səs yazısını təqdim edir:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı