Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12779
az

2 dost 13 yaşlı oğlan uşağını dəfələrlə zorladı və... - Azərbaycanda İYRƏNC HADİSƏ

18:5205 May, 2019
1731
  • A
 
Beyləqan rayonunda yetkinlik yaşına çatmayan oğlana qarşı təcavüz etməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Cəsarət Səmədov və 1997-ci il təvəllüdlü Cavid Babayevin (cinayət işi üzrə adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu24.com Publika.az-a istinadən  xəbər verir ki, Cəsarət Səmədov ötən ilin aprelin əvvəllərində yaşadığı Beyləqan rayonunda Neft Baza adlanan yerdə azyaşlı Yaqub Səlimova qarşı seksual xarakterli hərəkətlər edib.

Döymə və zorakılıq

Cəsarət Səmədov 2005-ci ildə anadan olan Yaqub Səlimovu aldadaraq Neft Baza adlanan yerə gətirib. Orada azyaşlıya zorakılıq göstərərək, onunla cinsi əlaqədə olmaq istəyib. Yaqub Səlimov Cəsarət Səmədovun cinsi əlaqədə olmaq istəyinə etiraz edib.

Bu zaman Cəsarət Səmədov azyaşlını döyərək, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib. Sonra Cəsarət Səmədov zorla azyaşlı ilə əvvəlcə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Daha sonra Cəsarət Səmədov azyaşlıya qarşı seksual xarakterli əxlaqsız hərəkətlər edib.

Bundan sonra Cəsarət Səmədov azyaşlıya hədə-qorxu gələrək, bu hadisə barədə heç kimə bir söz deməməyi tapşırıb. Əks halda onu döyəcəyi, öldürəcəyi ilə hədələyib.

Vaqonların arasında seksual hərəkət

Daha sonra Cəsarət Səmədov Yaqub Səlimova qarşı seksual xarakterli hərəkətlərini davam etdirib. O, hədə-qorxu yolu ilə azyaşlını Birinci Şahsevən kəndi ərazisində yerləşən Daşburun dəmir yolu stansiyasına gətirib.

Orada vaqonların arasında Yaqub Səlimov ilə qeyri-təbii yolla cinsi əlaqədə olub. Sonra o, azyaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib.

Bu hadisəni Cəsarət Səmədovun dostu Cavid Babayev görüb. İstintaq orqanını gəldiyi nəticəyə görə, növbəti günlərdə Cavid Babayev də Yaqub Səlimovla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Seksual ittiham

İstintaq orqanı tərəfindən Cəsarət Səmədov və Cavid Babayevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

Onların barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xamməd Nuriyevin sədrliyilə keçirilən prosesdə araşdırılıb.

8 il cəza və bəraət

Hakim heyəti cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, hadisənin şahidlərini dinləyəndən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Cəsarət Səmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə digər təqsirləndirilən şəxs Cavid Babayevin əməlini sübuta yetirə bilməyib. Bu səbəbdən onun barəsində bəraət hökmü çıxarılıb.

Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorluq təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.

Yuxarı instansiyalar da hökmü qüvvədə saxladı

Həmçinin təqsirləndirilən Cəsarət Səmədov da apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini,bəraət hökmünün çıxarılmasını istəyib.

Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm prokurorun, həm də təqsirləndirilən şəxsin şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən araşdırılması üçün apelyasiya instansiyasına qaytarılmasını istəyib.

Həmçinin təqsirləndirilən Cəsarət Səmədov da kasasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasında israrlı olub.

Hər iki şikayət Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Sonda həm prokurorun, həm də təqsirləndirilən şəxsin şikayəti təmin olunmayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR