Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12643
az

“Facebook”da tanış olduğu qızdan borc aldı, intim fotoları ilə şantaj etdi - TƏFƏRRÜAT

09:1602 May, 2019
1214
  • A
 
Bakıda dələduzluqda və şantajda təqsirləndirilən Cəlilabad rayon sakini, 1987-ci il təvəllüdlü Samid Abdullayev Ali Məhkəməyə müraciət edib.

Oxu24.com  ölkə.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şikayəti ilə bağlı məhkəmə baxış iclası iyun ayının 6-da hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Samid Abdullayev 2015-ci ilin sentyabrında Feysbuk sosial şəbəkəsi vasitəsilə tanış olduğu Ləman Məmmədovaya (ad və soyadlar şərtidir - red.) özü haqqında həqiqətə uyğun olmayan yalan məlumatlar verib, onunla sevgi münasibətləri yaradıb.

O, Ləmanın etibarını qazandıqdan sonra qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu, işlərində problem yarandığını bildirib.

Samid bu yolla Ləmanı aldadıb və 2015-ci ilin sentyabrın sonlarında bir həftəyə qaytaracağı vədi ilə ondan 1000 manat alıb.

Bundan sonra Samid ucuz qiymətə satılan qızıl-zinət əşyalarını almaq istədiyini və gələcəkdə əldə edəcəyi qazancla onların evliliyi üçün müəyyən işlər görəcəyini deyib.
O, həmin il oktyabrın 2-də bir həftəyə qaytaracağı vədi ilə Ləmandan 10.600 manat və 500 ABŞ dolları alıb.

Daha sonra verilən pulun qızıl-zinət əşyalarının alınması üçün kifayət etmədiyini və lazım olan məbləğin satıcıya çatdırılmayacağı təqdirdə verilmiş pulların da batacağını bildirib.

Oktyabrın 9-da Ləmandan 1500 manat, oktyabrın 25-də isə 2000 ABŞ dollar pul alıb.
Bundan sonra, Samid Ləmanı rüsvayçı fotoları ilə şantaj etməyə başlayıb. O, Ləmanı Nərimanov rayonu ərazisində yerləşən gecə klublarının birində öpüşdüyü zaman çəkilmiş fotoşəkilləri və videogörüntüləri, internet vasitəsilə ona göndərdiyi sinə nahiyəsinin yarıçılpaq fotoşəkili ilə şantaj edib.
Samid həmçinin Ləmanın "WhatsApp" proqramı vasitəsilə aralarında intim mövzuda olan yazışmaları atasına və iş yerinə göndərəcəyini bildirib.
Samid bu hədələrlə Ləmandan noyabrının 5-də 200 manat, noyabrın 10-da ümumi dəyəri 1500 manat olan qızıl və 400 ABŞ dollarını alıb.
Bundan sonra Samid Ləmanı 2016-cı ilin müxtəlif vaxtlarında intim foto və videoları ilə şantaj edib. Ondan ümumilikdə 12691 manatını alıb.
Samid bu qədər pul və qızıl almasına baxmayaraq Ləmanı yenə də şantaj etməyə başlayıb. Şantajlardan bezən Ləman hüquq-mühafizə orqanlarına şikayət edib. Samid Abdullayev həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samid Abdullayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Samid Abdullayev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Samid Abdullayevin apelyasiya şikayəti qismən təmin olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Yeni hökmə əsasən, Samid Abdullayevin əməli Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə dəyişdirilib. Ona 6 il 6 ay cəza təyin olunub.

Bu hökmdən narazı qalan zərərçəkmiş kasasiya şikayəti verib. O, Samid Abdullayevin cəzasını 10 ilə qədər artırılmasını istəyib.
Ləman Məmmədovun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Kasasiya şikayəti təmin edilməyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

25 yaşlı oğlan özünü pilləkənlərdən ASDI
Abşeronda DƏHŞƏT: gənc oğlan özünü yandırdı
Borcu ödəməmək üçün tanışını öldürdü

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş