Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12543
az

Bakıda dünya çempionunun arvadına cinayət işi açıldı - ŞOK SƏBƏB

17:1629 Aprel, 2019
2090
  • A
 
Bir neçə ay əvvəl kikboks millisinin baş məşqçisi Anar Süleymanovun həyat yoldaşı Şamama Məmmədovanı döyməsi barədə məlumat yayılmışdı.

Oxu24.com  news24.az-a istinadən xəbər verir ki, həmin vaxt Anar Süleymanov Nərimanov Məhkəməsi tərəfindən həbs edilərək 20 gün müddətinə həbsxanaya salınmışdı.

Bu dəfə isə Anar Süleymanovun şikayəti əsasında onun həyat yoldaşı Bayramova Şamama Mehman qızı barəsində cinayət işi açılıb. Belə ki, bir vaxtlar idmançı kimi Anarın tələbəsi olan və daha sonra onunla evlənən qadın barəsində Cinayət Məcəlləsinin 147-ci, yəni böhtan atma maddəsi ilə iş açılıb. İşlə bağlı materiallar Nərimanov rayon Məhkəməsinə göndərilib və hakim Hafiz Kamranovun icrasına verilib. Məlumata görə, fevralın 13-də Anar Süleymanovun Nəriman Rayon Məhkəməsinin qərarı ilə iyirmi günlük həbs cəzasının müddəti başa çatıb.

Anar Süleymanov əvvəlcə həyat yoldaşı Şamama Bayramova ilə münasibətlərindən danışıb: "Son günlər haqqımda yazılanlar sabiq həyat yoldaşımın mənə qurduğu tələdir. Məşhur biri olduğumu nəzərə alaraq, özünü mənim vasitəmlə gündəmə gətirmək istədi. Biz Avropada yox, Azərbaycanda yaşayırıq. Hər kəs bilir ki, ailədə problemlər olur. Yəni, bunlar təbii haldır. Amma heç bir Azərbaycan xanımına yaraşmaz ki, xırda bir mübahisəyə görə bölmələrdə adı işverən kimi hallansın, üzə duranlıq etsin. Mən ailə qurmazdan öncə onu araşdırmamışdım. Bu mənim səhvimdir. Evləndikdən sonra gördüm ki, sərbəst bir ailə imiş. Ən çox da özü daha sərbəst biri idi. Ona görə də qərara gəldim ki, həyat yolumuzu ayıraq. Ondan sonra özünə yalandan mənim əleyhimə sənədlər düzəltməyə, özünə xəsarət yetirərək bunu mənim etməyim kimi qələmə verməyə başladı.
İki məhkəmə prosesində günahsız olduğum sübuta yetirilsə də, sonuncu prosesdə hakimin haqsız qərarı üzündən mənə iyirmi sutka həbs cəzası verildi. Onun vəkili də keçmiş arvadımla çox yaxındır, ayrıldıqdan sonra onları bir yerdə çox görmüşəm.

Sonuncu məhkəmədə hələ qərar çıxarılmamışdan qabaq, həmin vəkilin tapşırığı ilə artıq məni həbsxanaya aparmaq üçün maşın gətirilmişdi. Həbsdə olduğum müddətdə də Şamama saxta profillər açaraq ailəmi, dostlarımı dayanmadan təhqir edib. Özünün model şəkillərini paylaşmaqla hazırda özünü reklam etdirir".

Qeyd edək ki, Anar Süleymanov budo döyüş növü üzrə üç dəfə dünya çempionu olub, bir dəfə Dünya Kubokunu qazanıb. O, budo üzrə idman ustasıdır və universal döyüş üzrə iki dəfə Avropa üçüncüsü, kunq-fu üzrə Avropa çempionu olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəəzn kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur