Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12445
az

Zərdabda DƏHŞƏTLİ qətl — Ər arvadının başını kəsdi

17:4526 Aprel, 2019
1633
  • A
 Zərdabda arvadını qətlə yetirməkdə təqsirli bilinən A. Astanov barəsində çıxarılan məhkəmə qərarından apelyasiya protesti verib.
"Oxu24.com" xəbər verir ki,  Şirvan Apellyasiya Məhkəməsində hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokurorluğun verdiyi apelyasiya protestinə baxılıb. Məhkəmə təqsirləndirilən Astanov Aqşin Gülüş oğlu barəsində verilən apelyasiya protestini qismən təmin edib. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək azadlıqdan məhrumetmə cəzası 18 il 6 ay müddətinə qədər artırılıb.

Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqşin Astanov 18 il azdlıqdan məhrum edilib.

Hadisə 2016- cı ilin oktyabr ayında Zərdab rayonunda baş verib. Rayonun Yarməmmədbağı kəndində 1983-cü il təvəllüdlü kənd sakini Aqşin Usub oğlu Astanov, həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüksanə Rüstəm qızı Atsanovanın başını kəsərək qətlə yetirib.
Rayondakı şəxsi təsərrüfatlardan birində çobanlıq edən Astanov ailə-məişət zəminində həyat yoldaşını qətlə yetirəndən sonra özü hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Qeyd edək ki, Aqşin Astanov Rüksanə Astanovadan əvvəl iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO
25 yaşlı oğlan özünü pilləkənlərdən ASDI
Abşeronda DƏHŞƏT: gənc oğlan özünü yandırdı

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO