‡агрузка...

Azərbaycanda dəhşət! İtlər bir gecədə 9 nəfəri parçaladı:Anbaan görüntü

 
Lənkəran rayonunda it 9 nəfəri dişləyib.

Oxu24.com -un  ONA-ya istinadla verdiyi məlumata görə, hadisə Liman şəhəri ərazisində baş verib.

Zərərçəkənlərin dediklərindən belə aydın olur ki, onların hamısını eyni it dişləyib.

Nəticədə 1957-ci il təvəllüdlü Nailə Abdulhəsən qızı İsmayılova, 1955-ci il təvəllüdlü Şakir Cənnət oğlu Hüseynov, 1994-cü il təvəllüdlü İsa Rövşən oğlu Aslanlı, 1999-cu il təvəllüdlü Tural Sadiq oğlu Kazımlı, 1974-cü il təvəllüdlü Tahir Vəliəhd oğlu Muradov, 1959-cu il təvəllüdlü Meysəm Ağakərim oğlu Əkbərov, 1988-ci il təvəllüdlü Zahid Fərhad oğu Həbibov, 2000-ci il təvəllüdlü Əlifağa  Ələkbər oğlu Məmmədov və 1990-cı il təvəllüdlü Anar Zakir oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildikdən sonra zərərçəkənlərin əksəriyyəti evə buraxılıb.  

Sabah onlara quduzluq əleyhinə vaksin vurulacağı bildirilib.
loading...




Paylaş:


25-apr, 2019 214
loading...

Загрузка...
loading...