Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12175
az

Siqareti çəkib aşağı atdı, qonşunun evi yandı

23:3419 Aprel, 2019
584
  • A
Bakının Yasamal rayonunda Dadaş Bünyadzadə küçəsində yerləşən hündür mərtəbəli yaşayış evində yanğın baş verib.

Oxu24.com ONA-ya istinadən xəbər verir ki, yanğın binanın 3-cü mərtəbəsində Muxtar Mollayevə məxsus mənzildə olub.

Hadisə yerinə 5 yanğın söndürən maşın və 1 təcili tibbi yardım xidməti maşını cəlb edilib. Yanğınsöndürənlərin səyləri nəticəsində yanğın söndürülüb.

Ev sahibi bildirib ki, yanğın baş verən zaman evdə heç kim olmayıb. Ehtimala görə, yanğına səbəb yuxarı mərtəbədən atılan siqaret kötüyü olub.

Eyvanda yanan konstruksiyaların olduğuna görə, alov tez vaxtda mənzilin içərisinə də keçib. Nəticədə 3 otaqlı mənzilin 2 otağı tam yanıb.    

Faktla bağlı araşdırma aparılır Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət
Göygöldə iki bacı dəm qazından zəhərlənib
Bakıda zəncirvari qəza - Xəsarət alan var - FOTO

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM