Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12167
az

Bakıda kişi ona ərə getmək istəməyən qadını öldürüb - TƏFƏRRÜAT

19:2719 Aprel, 2019
709
  • A
Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən Zəfər Mərdanov Apellyasiya məhkəməsinə şikayət edib.

Oxu24.com xəbər verir ki, təqsirləndirilən şəxsin şikayəti ilə bağlı məhkəmə baxış iclası aprel ayının 22-də hakim Namiq Məmmədovun sədrliyi ilə keçiriləcək.

İttihama görə, ötən il avqustun 10-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Səkinə Hümbətova bıçaqla qətlə yetirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Zəfər Mərdanov tərəfindən törədilməsi, onun Bakı şəhər sakini Zülfiyyə Şiriyeva ilə birgə sonuncuya məxsus "Mitsubishi" markalı avtomobildə hadisə yerinə gəlmələri və sonradan həmin nəqliyyat vasitəsini Şağan qəsəbəsi ərazisində ataraq getmələri də müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə ağır cinayət hadisəsini törətməkdə şübhəli bilinən Zəfər Mərdanov tutularaq istintaqa cəlb olunub.

İstintaq həmçinin müəyyən edib ki, cinayətin səbəbi Səkinə Hümbətovanın Zəfər Mərdanova ərə getməkdən imtina etməsidir.

Səkinə Hümbətovanın azyaşlı övladı qalıb.

Görülmüş tədbirlərlə Zülfiyyə Şiriyeva da saxlanılıb.

Onun əməlləri Cinayət Məcəlləsinin 307-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsinə tövsif edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Zəfər Mərdanov 18 il müddətinə azadlıqdan məhrum edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO
Füzulidə dəhşətli cinayət: arvadını kabab yediyinə görə öldürdü... - ŞOK
Azərbaycanda cəzaçəkmə müəssisəsində ilkə imza atıldı - FOTOlar

Yaşadığı hadisədən sonra insanlardan ÜZ ÇEVİRDİ

18+

Bakıda dəhşətli qətlin videosu yayılıb (18+)
Döyüşlərdən  VİDEO YAYILDI
Dırnaq göbələklərinin ilk əlamətlərini bilmək vacibdir
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO