Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12156
az

Qaradağda oğul araq almaq üçün ona pul verməyən anasını döyərək öldürdü

18:3019 Aprel, 2019
408
  • A
 
Qaradağ rayonunda anasını döyərək öldürməkdə təqsirli bilinən Cəmil İslamov Apellyasiya məhkəməsinə şikayət edib.

"Ölkə.Az" xəbər verir ki, təqsirləndirilən şəxsin şikayəti ilə bağlı məhkəmə baxış iclası aprel ayının 23-də hakim Əmir Bayramovu sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki,Bakı Ağır Cinayətlər Məhkəməsində anasını döyə-döyə öldürməkdə təqsirli bilinən Cəmil İslamova hökm oxunub.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hökmü ilə Cəmil İslamov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il fevralın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində baş verib. Qəsəbədə yaşayan 34 yaşlı Cəmil İslamov münaqişə zəminində anası, 1944-cü il təvəllüdlü Zərnişan Allahverən qızını İslamovanı döyüb. Belə ki, oğul əvvəlcə anasının başına taxta parçası ilə bir neçə dəfə zərbə endirib, ardınca isə qadını boğub. Zərərçəkmiş digər oğlunun köməkliyi ilə xəstəxanaya aparılıb, ancaq qadının xəsarətləri ağır olduğundan fevralın 26-da dünyasını dəyişib.

Cəmil İslamova Cinayət Məcəlləsinin 120.2.2-ci ( xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib. Məlum olub ki, içkili vəziyyətdə olan Cəmil yenidən içki içmək üçün anasından pul istəyib. Ancaq anası onda pul olmadığını deyəndə oğul taxta parçası ilə yaşlı qadını döyməyə başlayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO
25 yaşlı oğlan özünü pilləkənlərdən ASDI

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü