Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12153
az

17 yaşında atasına görə həbsxanaya düşən, “Şuşa krıtısı”nda gəncliyi keçən Masallı Mamedlə bağlı bilmədikləriniz

15:0519 Aprel, 2019
5424
  • A
 
Məşhur Azərbaycanlı qanuni-oğru  Masallı Mamedin illər öncə çəkilmiş videosu yayılıb.

Oxu24.com xəbər verir  ki, videoda kriminal avtoritetin məclislərin birində oğru aləmi  ilə söhbəti əks olunub. "Qulaqdan sırğa qoparıb, cibdən pul götürüb qaçanların bu aləmlə əlaqəsi yoxdur", deyərək gənclərə müraciət edib.

Xatırladaq ki, 1961-ci ildə Masallıda anadan olan “qanuni oğru” ilk dəfə 17 yaşında məhkum olunub. Bu məhkumluq “Masallı Mamed”in atası İsgəndər Hüseynova görə baş verib. Univermaqda şöbə müdiri işləyən İsgəndər Hüseynovun xanım işçilərindən biri polisinin şərinə tuş gəlib. İsgəndər Hüseynov qızı həbsxanadan qurtarmaq üçün onun “təqsirini” öz üzərinə götürüb. Bu məsələ ilə bağlı məhkəmə prosesi davam edərkən 18 yaşlı “Masallı Mamed” həmin polislə görüşüb və ondan ifadəsini geri götürməyi tələb edib. Lakin polis gənc Mamedin sözünü qulaqardına vurub. Masallının sayılıb-seçilən güləşçilərindən olan Mamed polisi əzişdirib. Bu əməlinə görə məhkəmə onun 3 il məcburi əməyə cəlb olunması barədə hökm çıxarıb. Bu olaydan qısa müddət keçdikdən sonra Bakıya gələn Mamed tələbə qohumu ilə şənliyə gedib. Şənlikdə tələbə qıza sataşan bir oğlanla mübahisəsi düşüb. Mamed həmin oğlanın qızı küçə söyüşləri ilə təhqir etməsinə dözməyərək bıçağa əl atıb. Həmin oğlanı qətlə yetirəndən sonra Mamedə ölüm hökmü ilə üzə-üzə qalıb. Lakin atası İsgəndər Hüseynov oğlunun güllələnmədən qurtara bilib. Mamed 15 il azadlıqdan məhrum edilib.

Həmçinin oxu:  Lotu Bəxtiyar un dolu vaqonları Bakıya necə gətizdirib?- İllərlə gizlin qalan faktlar+VİDEO

Mamed cəzasının 5 ilini çəkmək üçün, Şuşadakı qapalı həbsxanaya göndərilib. O zaman “Şuşa krıtısı” kimi məşhur olan bu həbsxana Azərbaycanda ən ağır şəraitli, kriminal qanunların işləmədiyi həbsxana kimi tanınırdı. Həbsxanadakı özbaşınalığı, ədalətsizliyi görən Mamed bütün bunlara qarşı mübarizəyə başlayır. Onun əsas hədəfi həbsxana rəhbərliyi ilə əməkdaşlıq edən və məhkumların hüquqlarının pozulmasında bilavasitə rol alan dustaqla olur. Mamed onlardan birini cəzalandırır. Bu hadisə onun “Şuşa krıtısı”ndan uzaqlaşdırılması ilə nəticələnir. Mamed bu həbsxanadan da ağır rejimli Qroznı həbsxanasına göndərilir...

{banner_reklam}


1992-ci ildə mart ayında azadlığa çıxan Mamed həmin ilin noyabrın 4-də, doğum günündə ailə həyatı qurur. Bununla belə kriminal həyatını da davam etdirir. 1993-cü ilin dekabrında Bakıdakı “Leyla” şadlıq evində “qanuni oğru”lar “Lotu Bəxtiyar”, “Sabirabadlı Hikmət”, “Dağlı Cavanşir”, “Yetim Hüseyn”, “Ənvər Sovetski” və “İrəvanlı Faiq”in iştirakı ilə Mamedə “qanuni oğru” titulu verilir. Bundan sonra “Masallı Mamed” daha bir neçə dəfə məhkum olunur. Sonuncu dəfə 2010-cu ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. Bəzi məlumatlara görə, 2006-cı ildə qanunsuz silah gəzdirməyə görə Bakıda həbs olunarkən həbsxanada zəhərlənib. Məhkumlardan biri onun yeməyinə zəhər qatıb. Bundan sonra “Masallı Mamed”in səhhətində ciddi problemlər yaranıb. Elə səhhətindəki problemlərə görə də 2011-ci ildə dünyasını dəyişib. Lakin bəziləri iddia edir ki, onu həbsxanada ikinci dəfə zəhərləyərək öldürüblər.

Masallı Mamed 2011-ci il martın 21-də cəza çəkdiyi 1 saylı həbsxanada dünyasını dəyişib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

İti xilas edərkən buzlu suya düşdü

18+

Bakıda dəhşətli qətlin videosu yayılıb (18+)
Döyüşlərdən  VİDEO YAYILDI
Yumurtanın  insana  bu ziyanı var imiş  - Həkimdən şok AÇIQLAMA
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO