Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12079
az

Azərbaycanda qadın kişini bıçaqladı

19:4417 Aprel, 2019
714
  • A
 Şəmkirdə gecə qadın kişini bıçaqlayıb.

Şəmkir rayon Polis Şöbəsindən Oxu24.com-a verilən məlumata görə, hadisə zamanı 1983-cü il təvəllüdlü Elmar Şəmşir oğlu Abdullayev yaralı halda xəstəxanaya yerləşdirilib. Onda qarının ön divarından daxilə keçən bir ədəd kəsilmiş deşilmiş yarası aşkarlanıb.

Hadisə ilə bağlı Şəmkir rayon Polis şöbəsi əməkdaşları əməliyyata başlayıb. Keçirilən əməliyyat nəticəsində Elmar Abdullayevi Esmira Firuddin qızı Abdullayevanın bıçaqladığı məlum olub.

Müəyyənləşib ki, aprelin 16-da gecə saat 2-də onların arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib.

Mübahisə zamanı qadın bıçağa əl atıb.

Məlumat əsasında hadisə yerinə baxış keçirilib. Hadisənin şahidləri dindirilib. Məhkəmə-tibb ekspertizaları keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin törədilməsində istifadə olunan bir ədəd bıçaq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə cinayət işi açılıb, araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO
25 yaşlı oğlan özünü pilləkənlərdən ASDI
Abşeronda DƏHŞƏT: gənc oğlan özünü yandırdı

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO