‡агрузка...

Bakıda taksi sürücüsü maşınına minən tələbə qızı qaçırdı - Özümü öldürəcəyəm... - FOTO

 
Bakıda 3-cü kurs tələbəsi olduğu deyilən qız 4 ay əvvəl onu dərsə aparan taksi sürücüsü tərəfindən qaçırılıb.

Oxu24.com xəbər verir ki, onunla ailə quran tələbə qız "Səni axtarıram"a müraciət edib.

Studiyaya gələn gənc qızın dedikləri studiyadakıları dəhşətə gətirib:

"20 yaşım var. Həyat yoldaşım mənə zülm verir. Universitetə gedəndə, o, taksidə işləyirdi. Mən onunla gedib gəlirdim. Elə tanış olduq. Bir-birimizə aşiq olduq. Onun 28 yaşı var. Ailəmin heç xəbəri yox idi. Deməmiş, ona qoşulub qaçdım. Ondan sonra bildilər.
 Qaçdığım iki gün idi ki, aramızda davalar başladı. "Niyə ananı, atanı istəyirsən?" deyib döyürdü. Atamgilə getmişdik barışıq olsun deyə. Həmin gün mənə dedi ki, atandan 2500 manat mənə pul istə. Məcburiyyətlər çox edirdi. Pulu almadım deyə sonra evdə bir dava oldu, döydü, başımı divara vurdu. 4 aydır bu zülmü çəkirəm. Bu adamdan ayrılmaq qərarına gəldim. Axşam anama nə qədər mesaj yazmışam. Zəng edəndə Xətai (həyat yoldaşı) mənə sərt cavablar verdi, ölümlə hədələdi. Anama yazdım ki, "Bezmişəm, özümü öldürəcəyəm. Gəl məni götür". Dedi "Yox, getməmisən ki, qayıdasan. Cəhənnəm ol otur orada". Çünki onlar mən qaçanda demişdilər qayıt geri, qaçsam da qəbul edəcəklərini demişdilər".
loading...




Paylaş:


17-apr, 2019 863
loading...
Загрузка...
loading...