Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12073
az

Bakıda şok! Kirayəşin ev sahibinin meyitini doğrayıb zirzəmiyə atdı, sonra evi satdı

17:2717 Aprel, 2019
1455
  • A
 
Azərbaycanda 3 il əvvəl itkin düşmüş şəxsin cəsədinin sümükləri aşkarlanıb.

Oxu24.com  "Report" -a istinadən xəbər verir ki, 16 saylı Cəzaçəkmə Müəssisəsində oğurluğa görə cəza çəkən Fuad Mustafayev 1965-ci il təvəllüdlü Əli Rəsulovun itkin düşməsi ilə bağlı dindirilərkən onun narkotik vasitənin təsirindən öldüyünü bildirib.

Məlumata görə, 2016-cı ilin sentyabr ayında F.Mustafayevin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağlı qəsəbəsində kirayə yaşadığı evin sahibi Ə.Rəsulov narkotik vasitənin təsirindən ölüb. F.Mustafayev meyiti həyətdə basdırıb, daha sonra həmin evin əşyalarını satıb, evi isə saxta sənəd hazırlayaraq satışa çıxarıb. Evi satan ərəfədə isə Ə.Rəsulovun cəsədini torpaqdan çıxararaq hissələrə bölüb və evin yaxınlığındakı hasarlar arasında olan boşluğa atıb. Daha sonra evi 23 min manata satıb. Bir müddət sonra isə F.Mustafayev oğurluğa görə tutulub.

Bu il aprelin 16-da F.Mustafayevin göstərdiyi yerə baxış keçirilib və Ə.Rəsulovun cəsədinin sümükləri aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırmalar davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı
59 yaşlı usta sexdə ÖLDÜ
Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Bakıda marketdən 8 000 manatlıq spirtli içki oğurlandı - VİDEO