Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12065
az

Azərbaycanda dəhşət!Gəncin sinəsinə xaç çəkib, boynunu sındırdılar,daha sonra meşədə diri-diri basdırdılar

15:4117 Aprel, 2019
3578
  • A
 
Azərbaycanda dəhşətli qətl hadisəsi törədilib.

Oxu24.com   Femida.az-a  istinadən  xəbər  verir  ki, tükürpədici  hadisə  Lənkəran  rayonunda  baş verib. 18  yaşlı  gənc  oğlan  martın  14-də evdən  çıxıb  və  bibisigilə  getdiyini  bildirib. Bir  müddət  keçdikdən  sonra  oğlandan  xəbər    ala    bilməyən    valideynlər   qohumlarına   zəng   ediblər. Qohumlar uşağın  onlarda    olmadığını    dedikdən    sonra    valideynlər    polisə   məlumat   verib. Bir   müddət   keçəndən   sonra   məlum olub   ki, gənc  oğlan    meşədə    vəhşicəsinə   öldürülüb, meyiti  isə   daş   hasarın   ətrafında  gizlədilib.  Cinayətin   üstü   isə   təsadüfən açılıb. Meşəyə odun   toplamağa   gedən   4  nəfər  qadın  təsadüfən   gənclərin    yarımtikilidə toplaşdığını  və   şübhəli hərəkətlər   etdiklərini görüblər. Qadınlar   həmin   əraziyə   yaxınlaşan  zaman   ərazidə  olan  4 nəfər   gəncdən 3-ü   qaçaraq   meşədə gizlənib. Digər  bir   nəfər isə  əraziyə gələn  qadınlardan biri   Gülçöhrə   adlı  qadına   hücum  çəkib  və  ona   xəsarət  yetirib.  Qadın   çətinliklə  də  olsa   polisə   məlumat  verə bilib.  Qətli   törətməkdə   şübhəli bilinən  17 yaşlı    Əkbər    artıq   polis   tərəfindən  saxlanılıb. Faktla  bağlı  araşdırmalar   davam  edir.


Həmçinin oxu: Azərbaycan Ermənistanı dağıdar -Rus ekspertdən sensasion AÇIQLAMA


Oxu24.com  xəbər  verir  ki, qətlə   yetirilən  gəncin  valideynləri  Xəzər   televiziyasında   yayımlanan  "Səni axtarıram"  proqramında  dəhşətli fikirlər  səsləndirib. Gəncin  anası   Xatirə    xanımın   dediyinə   görə, oğlunu  4  nəfər   birlikdə  öldürüb. Oğlu  2 gün  kimsəsiz   ərazidə  can verib.  Gənc   öldükdən    sonra  meyitə  işgəncələr  verilib və   meşəyə  gedən   yolda   kimsəsiz  bir  yerdə  basdırılıb. Valideynlərin   dediyinə görə, övladları  öldürüldükdən  sonra  boynu  sındırılıb,sinəsinə  xəncər  vurulub və  meyitə  qarşı qeyri-etik hərəkətlər edilib. Qətllə bağlı daha ətraflı videonu  təqdim  edirik:


Həmçinin  oxu:  Azərbaycan Ermənistanı dağıdar -Rus ekspertdən sensasion AÇIQLAMA

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Kərimlinin sürücüsü istintaqa şok ifadə verib
Bakıda gecə əməliyyat: Saxlanılanlar arasında qadınlar da var
Azərbaycanda biabırçılıq: Polis vəzifəli şəxsi qadınla intim əlaqədə olarkən tutub

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir