Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11979
az

Polis bu şəxsi axtarır - FOTOYA DİQQƏT!

11:2415 Aprel, 2019
935
  • A
 
Qusarda 28 yaşlı gənc itkin düşüb.


Bununla bağlı  DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilir ki, 28 yaşlı, Qusar rayonunun İmamqulukənd kənd sakini Vilyeddin Əlixlalov martın 2-si səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Evdən çıxanda əynində qara rəngli gödəkcə, göy rəngli cins şalvar, qara rəngli papaq və qara rəngli ayaqqabı olub. Boyu 175 sm, qara saçlı, orta bədən quruluşludur. Vilyeddin Əlixlalov ruhi xəstəlikdən əziyyət çəkir və nitqində qüsur var.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin, Qusar Rayon Polis Şöbəsinin 023-385-22-22 şəhər və (055)265-55-51 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda
İrandan narkotiki o gətirirmiş - FOTO
Polis sürücüləri həbs etdi

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu