Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11903
az

“Cinsi əlaqədə olmuşduq, evlənmək fikrim var idi” – SEVGİLİSİNİ GÜLLƏLƏYƏN ŞƏXS

16:2212 Aprel, 2019
1292
  • A
 
Sevgilisini öldürməkdə, onun anasını isə ağır yaralamaqda ittiham edilən Sabir Qədimovun məhkəməsi prosesi etdirilib.
 
Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədriliyi ilə keçirilən prosesdə Sabir Qədimov dindirilib.
 
O bildirib ki, mərhumla hərbi xidmətdə olan zaman tanış olub: "Aytənlə feysbukda tanış olmuşdum. İsti münasibətimiz yaranmışdı. Əsgərlikdən qayıtdım, görüşməyə başladıq. Fikrim ciddi idi. Onunla bir neçə dəfə cinsi münasibətdə olmuşam. Evlənmək məqsədim vardı”.
 
Təqsirləndirilən qeyd edib ki, Aytənə qohumları elçi gedib: "Bibim dedi ki, üzük istəyirlər. Sonra mən də Aytən zəng elədim.  Məni söydü, mən də ona qarşılıq verdim. Dözmədim, əvvəldən tapdığım silahla evlərinə getdim. Qızı vurdum, anası qabağıma keçdi. Anasına vurmaq fikrim yox idi”
 
Sabir Qədimov deyib ki, Aytənin bakirəliyini o pozmayıb. Bu zaman zərərçəkmişin ailəsi ilə təqsirləndirilən şəxs mübahisə edib.
 
Proses aprelin 19-da davam etdiriləcək.
 
Qeyd edək ki, qətl ötən il Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib.
 
Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Qədimovun ailəsi Cəfərovlar ailəsinin 2001-ci il təvəllüdlü qızı Aytən Cəfərovaya elçi gəlib.
Elçilik məclisindən sonra S.Qədimov A.Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisədən sonra o, babasına məxsus ov tüfəngini götürərək A.Cəfərovanın yaşadığı evə gəlib.
 
S.Qədimov tüfənglə fərdi yaşayış evinin həyətində A.Cəfərovanın başına və bədəninə atəş açıb. Onun qarşısını almaq istəyən A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərova əlindən və çiynindən güllə yarası alıb.
 
Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. E.Cəfərova sağ yanağından, sağ çiynindən və sağ ayağından güllə yaraları alıb. Cərrahi əməliyyatla onun həyatını xilas etmək mümkün olub. E.Cəfərovanın sağ əlinin üç barmağı travmatik amputasiya edilib.
 
A.Cəfərova isə kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120. 2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürüllüb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Antibiotiklər insan ölümünə səbəb olur -ÜST-dən xəbərdarlıq
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO