Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11902
az

Elinanın ölümündə ŞOK hadisə: İntihardan sonra məktəblinin mobil telefonundan məlumatları kim silib?

16:0112 Aprel, 2019
2343
  • A
 
Artıq bir neçə gündür ki, ölkə mətbuatının gündəmini 162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar məsələsi tutub.

Femida.az  xəbər verir ki, şagirdin intihar günü ilə bağlı məktəblə bağlı daha bir sensasion fikir səsləndirilib. Bu barədə Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişində məlumat verilib. Efirə telefon bağlanan intihar edən məktəblinin anası Sevil Hüseynovanın sözlərinə görə, qızı intihar edəndən sonra onun məktəb çantasından mobil telefon yoxa çıxıb.

“Çantasını mənə direktor verdi. İçərisində bir dənə daraq və qələm var idi.Telefonu da yox idi. Uşaq atasına demişdi ki,telefon çantadadır. Amma sumkada telefon yox idi. Həmin vaxt mən “Semaşko”da idim. Yarım saatdan sonra telefon tapıldı. Telefonun nömrəsi çıxarılmışdı, vatsap silinmişdi və telefondan məlumatlar silinmişdi. Amma Elinanın telefonunda gizli bir fayl qalıb.O,silinməyib.”

Həmçinin  oxu:  Elinanın öldüyü məktəb direktoru ilə bağlı ŞOK:"Sizi tutduraram, uşaqlarını da yatdığı yerdə götüzdürərəm"+VİDEO


Sevil Hüseynova həmçinin qızının intihardan əvvəl məktub yazması məsələsinə də aydınlıq gətirib.

“Onun məktubu olmayıb. İnternetdən 4 ədəd saxladığı fayl şəkli olub. Elinanın məktəbdə problemi var idi. Uşaqlar onu qəbul etmirdi. 3-4 dəfə məktəbə getdim. Axırda direktor mənə dedi ki, bizi bezdirdiniz artıq...Elina o məktəbə gedəndən sonra ona qarşı təpkilər var idi.Xüsusilə Azərbaycan bölməsinin şagirdləri Elinaya münasibətdə pis münasibət göstərirdilər. ”

Elinanın anası daha sonra bildirib ki, onun nömrəsini kimsə sosial şəbəkələrdə paylaşıb.

“Elinanın telefonuna çoxlu mesajlar gəlirdi. Bir dəfə gördüm ki, bir nəfər də mesaj yazıb. Həmin adama yazdım ki, bir də mənim qızıma mesaj yazsan, səndən polisə şikayət edəcəm. Ondan sonra həmin adam Elinaya mesaj yazmadı.”

Sevil Hüseynova daha sonra bildirib ki, Elinanın problemi ilə bağlı məktəbə gələn psixoloq ona pis təsir edəcək ifadələr söyləyib.

“Elina mənə telefonda dedi ki, məktəbə psixoloq gəlibmiş. Psixoloq Elinaya deyib ki, narkotik, internet pis şeydir.Onlardan istifadə etdikdən sonra sizi zorlayarlar...”

Daha ətraflı vidoenu təqdim edirik:


Həmçinin oxu:  Elinanın xəstəxanada ölüm anı-Ürəkdağlayan görüntü yayıldı

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Kərimlinin sürücüsü istintaqa şok ifadə verib
Bakıda gecə əməliyyat: Saxlanılanlar arasında qadınlar da var
Azərbaycanda biabırçılıq: Polis vəzifəli şəxsi qadınla intim əlaqədə olarkən tutub

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir