Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11896
az

Şagirdi müəllim döyməyib, halı pisləşib, yıxılıb - AÇIQLAMA

14:0212 Aprel, 2019
722
  • A
 
Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdən müəllimin şagirdi döyməsi ilə bağlı xəbərə aydınlıq gətirilib.

Məktəbdən  verilən məlumata görə, aprelin 12-si saat təxminən 11:30 radələrində məktəbin VII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb:

“Şagirdin halı pisləşdiyi üçün başı yerə dəyib. Sinif rəhbəri şagirdin doğma xalasıdır. Hadisə olan kimi dərhal valideynə də məlumat verilib. Məktəbə təcili tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideynlə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib”.

Məlumatda qeyd edilib ki, şagirdin güclü baş ağrıları olduğu üçün valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib:

“Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


20 yaşlı gənci maşın vurdu
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO
62 yaşlı kişi sirkə turşusu içərək intihar etdi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı

20 yaşlı gənci maşın vurdu