Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11870
az

Gədəbəydə iyrənc hadisə - 44 yaşlı kişi 6 yaşlı qızı zorlayıb - TƏFƏRRÜAT

18:5211 Aprel, 2019
2777
  • A
Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinən Mehdi Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu24.com xəbər verir ki, Mehdi Əsədov 2015-ci il mayın 22-də yaşadığı Lökbatan qəsəbəsindən Gədəbəy rayonunda yaşayan qayınatasının evinə qonaq gedib. O, həmin gün saat 16 radələrində qayınatasının həyətində olan zaman qonşuluqda yaşayan, 2009-cu il təvəllüdlü Afaq Məlikovanı görüb.

Mehdi Afaqa qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək niyyətinə düşüb. O, azyaşlı qızı aldadaraq qayınatasının evinin zirzəmisinə aparıb.
Mehdi azyaşlı qızı zirzəmiyə salıb, qapını örtüb.

Bundan sonra Mehdi qızla "oral" cinsi əlaqədə olmasını istəyib. Qız bu çirkin istəyə də rədd cavabı verib. Belədə azğın kişi azyaşlını qorxudub və onu məcbur edib. Qızın zorla getmək istəyinin də qarşısını alıb və ona qarşı bir neçə dəfə əxlaqsız hərəkətlər edib.
Bundan başqa, Mehdi növbəti dəfə iyunun 1-də onunla cinsi əlaqədə olub.

Afaq həmin gün saat 12 radələrində Mehdinin qayınatasının evinin həyətindən uşaq arabasını aparmağa gəlib.

Mehdi qızı görüb və yenidən ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək niyyətinə düşüb. O, bu məqsədilə qızı evin ikinci mərtəbəsində yerləşən dəhlizə gətirib.

Stulda oturan qıza qarşı seksual xarakterli hərəkətlər etməyə başlayıb. Sonra Mehdi qızla cinsi əlaqədə olub. Ağır durumda, ağlaya-ağlaya evə gələn qızı valideynləri görəndə şoka düşüblər.

Afaq baş verənləri valideynlərinə danışıb. Onun valideynləri olayla bağlı polisə müraciət ediblər. Mehdi həbs olunub.

İstintaq orqanı tərəfindən Mehdi Əsədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mehdi Əsədov 9 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror Mehdi Əsədovun cəzasının ağırlaşdırılmasını istəyib.

Mehdi Əsədov da məhkəmədə günahsız olduğunu, azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etmədiyini bildirərək barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi üçün apellyasiya şikayəti verib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti təmin olunub və Mehdi Əsədovun cəzası 11 il 11 ay 27 günə qədər artırılıb.

Mehdi Əsədovun apelyasiya şikayəti isə təmin olunmayıb.

Bu qərardan narazı qalan Mehdi Əsədov  Ali Məhkəməyə kasasiya şikayəti verib. Onun kasasiya şikayətinə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, kasasiya şikayəti təmin olunmayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Siyəzəndə dəhşətli qəza -ÖLƏN VAR
Qaxda ağır qəza - Azyaşlı öldü
Tələbə faciəvi şəkildə ÖLDÜ

Kardaşyan 30 min dollara robot aldı

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Polis 1 gündə 69 kq-dan çox narkotik  aşkarladı