Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11696
az

Bakıda fahişəxanada əməliyyat - YATAQDA TUTULDULAR

09:3606 Aprel, 2019
1570
  • A
 
Bakıda qadınları gəlir məqsədilə fahişəliyə cəlb etməkdə və əxlaqsızlıq yuvası təşkil eləməkdə ittiham olunan Maman Nadirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu24.com "teleqraf.com”a istinadən xəbər verir ki, Maman Nadirova Nəsimi rayonunda paytaxt sakini Sevda Vəliyevanın (ad və soyadlar şərtidir – red.) mənzilini kirayə götürüb və orda əxlaqsızlıq yuvası təşkil edib

23 dekabr 2016-cı il tarixdə Samir Məmmədovun Samirə Əliyeva ilə görüşünə həmin mənzildə şərait yaradıb.

Bunun müqabilində Maman Nadirova Samir Məmmədovdan qadınla mənzildə bir saat görüşməsi üçün 20 manat alıb.

Daha sonra Maman Nadirova yüngül həyat tərzi keçirən Nərmin Səlimovanı İsa Vəliyevlə görüşünə şərait yaradıb. O, İsa Vəliyevdən 50 manat alıb və həmin mənzildə Nərminlə görüşməsinə şərait yaradıb.

Maman Nadirova İsa Vəliyevdən aldığı 50 manatın 25 manatını özünə götürüb, 25 manatını isə qadına verib.

Bundan sonra Nərmin Səlimova həmin mənzildə İsa Vəliyevlə intim əlaqəyə girib.

Bu zaman Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında həmin mənzilə gəliblər.

Keçirilən əməliyyat nəticəsində mənzilin yataq otağında İsa Vəliyev Nərminlə yaxalanıb.

Maman Nadirova həbs edilib və onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) və 244.2.1-ci (təkrar əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Maman Nadirova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Nəsimi rayonunda kirayə götürdüyü evdə ailəsi ilə birlikdə yaşayıb, orada əxlaqsızlıq yuvası təşkil etməyib.

Qeyd edib ki, Samir Məmmədovu qadınla intim əlaqə üçün həmin mənzildə görüşdürməyib, gəlir əldə etmək məqsədilə ondan pul almayıb.

Nəsimi rayon Məhkəməsinin hökmü ilə Maman Nadirova 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Maman Nadirova apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şikayət araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rəşad Abdulovun sədrlik etdiyi kollegiyada apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Maman Nadirovanın şikayəti təmin olunmayıb
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur