Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11674
az

Lotu Bəxtiyarın o videosu yayıldı: Gizlin baş tutan məclisdən...

16:3105 Aprel, 2019
1680
  • A
 
Sosial şəbəkələrdə Lotu Bəxtiyar adı ilə tanınan kriminal avtoritet  Kərimov Bəxtiyar Ağababa oğlunun yeni videosu yayılıb.

Oxu24.com   xəbər   verir   ki, yayılan görüntülər  1994-cü  ildə  qeydə  alınıb. Məclislərin  birində  baş tutan görüşdə  Lotu  Bəxtiyarın  tost deməsi  əks olunub. Qeyd edək ki, Kərimov Bəxtiyar Ağababa oğlu 1959-cu il martın 21-də Bakı şəhəri Novxanıda anadan olub. 1976-ci il İyul ayının 22-də Xalq məhkəməsinin qərarı ilə 5 il həbs cəzası alıb. Maykopdakı uşaq koloniyasına etap edilib (köçürülüb). Bununla da əfsanəvi Lotu Bəxtiyarın həyat macərasının təməli qoyuldu. Cəzasını tam çəkib qurtarmamış 1977-ci ildə oradakı haqsızlıqlara qarşı mübarizə apardığna görə onun cəza müddətinə 3 il də əlavə olunaraq Rusiyanın Vladimir şəhərindəki "Vladimirski Tsentral" türməsinə (qapalı rejim) etap olunub. 1982-ci ildə "Vladimirski Tsentral" türməsinin lazaretində bütün ittifaq üzrə qanuni oğruların patriarxı sayılan Vasya Brilyant ləqəbli Vasili Babuşkin və digər qanuni oğru Nikolay Yakutenko tərəfindən qanuni oğru adını almış, bu sınaqdan çox asanlıqla keçmişdir. 1983-cü ildə azadlığa buraxılmışdır.

İkinci dəfə 1985-ci il İyun ayının 28-də (226.38 maddəsi ilə) 2 il müddətinə həbs olunmuşdur. 1987-ci ildə azadlığa buraxılmışdır

Üçüncü dəfə 1989-cu ildə (189, 220.38-ci maddələrlə) 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 1992-ci il İyul ayının 15-də bəraət alaraq azadlığa buraxılmışdır.

1993-cü ildə ailə həyatı qurmuşdur.

Dördüncü dəfə 1994-cü il Dekabr ayının 22-də fövqəladə vəziyyətdə həbs olunmuşdur. Həbs olunmasına baxmayaraq hüquq mühafizə orqanları əllərində əsaslı dəlillər olmadığına görə ona cəza müddəti təyin edə bilməmişlər. Nəhayət 2 ildən sonra 1996-cı il Mart ayının 3-də onu 3 il müddətinə azadlıqdan məhrum etmişlər. 1997-ci il Mart ayının 12-də işə yenidən baxılaraq ona 4 il iş kəsilmişdir...

Bütün bu illər ərzində o keçmiş Sovet İttifaqının Maykop, Vladimir, Balaşixa, Perm, Karlaq, Zlatoust, Novosibirsk, Krasnoyarsk kimi şəhərlərində məhbusluq həyatı yaşamışdır. Və nəhayət 1998-ci il Aprel ayının 6-da Bakı şəhərindəki 13 saylı kolonun xəstəxanasında qara ciyər serrozundan vəfat etmişdir.

Həmin görüntüləri  təqdim edirik:



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda  qızlara söz atan  oğlan  öldürüldü
Bakıda gecə kişi evli qadınla görüşə getdi, qonşular basqın etdi - Şok  kadr
Bakıda iki gəncin qaranlıqda etdiyi hərəkət kameraya düşdü

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO