Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1160
az

Azərbaycada şok əməliyyat! Silahlı şəxslər tutuldu

10:4528 Aprel, 2018
1931
  • A
 
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində iki nəfər silahlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Oxu24.com-a daxil olan məlumata görə, polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Gürcüstan vətəndaşı Elimxan Paşayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs Sabunçu rayonu Bakıxanov qəsəbəsində saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd “Pistol Modell 27” markalı tapança və 6,123 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində qanunuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Şirvan şəhər sakini Ağami Seyidhüseynov tutulub. Onun Şirvan şəhərində yaşadığı evə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd həmin silaha məxsus sandıqça və 41 ədəd patron aşkar olunaraq götürülüb.

 Qeyd edilən faktlarla bağlı Baş İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.


  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

5 otaqlı evdə yanğın oldu
Şokolad oğurlayan qızını dəmirlə döydü, hamilə arvadını... - İNANILMAZ QƏTL
ABŞ-da xüsusi təlim keçmişdi: Terror təşkilatının kritik adı MİT tərəfindən belə zərərsizləşdirildi - Anbaan VİDEO

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM