Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11589
az

Azərbaycanda 46 yaşlı kişi qızına və 7 yaşlı uşaqlara təcavüz etdi

12:3703 Aprel, 2019
1559
  • A
 
Azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə və narkotik vasitələrin istifadə etməsində təqsirli bilinən Şəki şəhər sakini, 1973-cü il təvəllüdlü Əli Cəfərovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Əli Cəfərov Oğuz rayonunun Baş Daşağıl kəndi ərazisində yerləşən fermadakı evlərində və Şəki şəhərində kirayə yaşadıqları evdə 1999-cu il təvəllüdlü Samirə Səmədovanı zorlayıb.

Samirə Səmədova Əli Cəfərovun qeyri rəsmi yaşadığı Tamella Səmədovanın qızı olub.

Hədə-qorxu və zorlama

İstintaq sənədlərinə görə, Əli Cəfərov Samirə ilə ilk dəfə 2006-cı ildə, yəni 7 yaşı olanda cinsi əlaqədə olub. Əli Samirə ilə 2012-ci il qədər mütəmadi olaraq qeyd olunan ünvanlarda cinsi əlaqəyə girib.

Əli bundan sonra Qəbələ rayonu ərazisində, Şəki şəhərinin "Dağdibi” adlanan ərazisində yerləşən kirayə yaşadıqları evdə və Şəki rayonu Öryət kəndində yerləşən evlərində yenidən Samirə ilə cinsi əlaqədə olub.

O, Samirəyə mütəmadi olaraq zor tətbiq edib, qeyri-təbii yolla cinsi əlaqədə olub.

Ögey qızına qarşı təcavüz

Bundan başqa, Əli Cəfərov ikinci dəfə ailə qurduğu qadının azyaşlı qızına da təcavüz edib. O, ögey qızı Səidə Əhmədovaya qarşı cinsi zorakılıq edib. O, ilk dəfə Səidə ilə 7 yaşında cinsi əlaqədə olub.

Əli təxminən 2014-cü il tarixdən etibarən 2016-cı ilin may ayına kimi olan müddət ərzində Şəki şəhərinin "Dağdibi” adlanan ərazisində yerləşən kirayə yaşadıqları evində və Şəki rayonu Öryət kəndində yerləşən evində Səidəyə dəfələrlə zor tətbiq edib.

O, Səidəni öldürəcəyi ilə hədələyib və onunla cinsi əlaqədə olub. Dəfələlə Səidəyə qarşı seksual xarakterli hərəkətlər göstərib.

7 yaşlı oğlanı da zorladı

Əli Cəfərov növbəti dəfə 7 yaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib. O, 2013-cü il tarixdən 2016-cı ilin may ayına kimi olan müddət ərzində Şəki şəhərinin "Dağdibi” adlanan ərazisində yerləşən kirayə yaşadıqları evində və Şəki rayonu Öryət kəndində yerləşən evində dəfələrlə Samir Əhmədova seksual xarakterli hərəkətlər edib.

Bundan başqa, Əli Cəfərov Şəki rayonu, Öryət kəndinin meşə sahəsində yabanı şəkildə yetişmiş çətənə bitkisinin yarpaq və kollarından yığıb. O, həmin narkotik vasitəni qurudaraq satış məqsədi olmadan özündə saxlayıb. Bu üsualla 422,45 qram çəkidə narkotik vasitə əldə edib.

Narkotik ittihamı

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən 2016-cı ilin mayın 21-də keçirilən əməliyyat nəticəsində Əli Cəfərov saxlanılıb.

Baxış zamanı Əli Cəfərovun şalvarının cibindəki kibrit qutusundan marixuana aşkar edilərək götürülüb.

Ertəsi gün Əli Cəfərovun yaşadığı Şəki rayonu Öryət kəndində yerləşən evində axtarış aparılıb. Axtarış zamanı həmin evin yataq otağındakı dolabın aşağı gözündəki paltarların arasında sellofan torbaya bükülmüş vəziyyətdə təmiz çəkisi 415 qram qurudulmuş marixuana aşkar edilib.

İki maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Əli Cəfərovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilə şəxs qismində ifadə verən Əli Cəfərov bildirib ki, ki, 2002-ci ildə Tamella ilə ailə qurub: "Ancaq Tamella ilə nikah bağlamamışam. Ailə quran zaman Tamellanın Samirə adında 3 yaşlı qızı olub. Tamella azyaşlı qızını Şəki Qarışıq Tipli Uşaq evinə qoymuşdu. Biz ailə qurandan bir müddət sonra Samirəni götürərək özümüz baxdıq. Birgə yaşadığımız müddətdə 2008-ci ildə oğlum Sahib dünyaya gəldi”.

"Ləman Tamellanı mənə qısqanıb”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2012-ci ildə Tamelladan ayrılıb və bir müddət sonra Ləman ilə ailə qurub: "Səmayə ilə ailə quran zaman onun başqa ərindən olan Sadiq və Səidə adında övladları olub. Ləman ilə birlikdə Samirə, Sadiq, Səidə və Sahibə baxmışıq, Tamella isə tək yaşayıb. Ləman hər dəfə Tamellanı mənə qısqanıb. Ləman məni qısqandığı üçün Tamella Bakı şəhərinə gedib”.

Əli Cəfərov qeyd edib ki, ailə vəziyyətləri ilə bağlı Samirəni, Sahibi, Sadiqi və Səidəni Şəki Qarışıq Tipli İnternat Məktəbinə qoyublar: "Ləman ilə birlikdə yaşadığımız müddətdə, 2014-cü ildə Kamran, 2015-ci ildə isə Nicat dünyaya gəlib. Təxminən 4 il bundan qabaq hələ Tamella ilə birlikdə yaşadığımız müddətdə Oğuz rayonu, Baş Daşağıl kəndinin aşağısında yerləşən fermada qalmışıq. Onunla birlikdə həmin fermada işləmişik”.

"Uşağımı öpdüyümü dedim”

Əli Cəfərov bildirib ki, həmin fermada işlədiyi müddətdə gecə toyda olub: "Yeyib-içib, toydan çıxdım. Sonra kafedə də araq və pivə içdim. Səhərə yaxın saat 3 radələrində evə gəldim. Həmin vaxt Tamella malları sağmağa getmişdi. Evə gələndə Samirə yatmış vəziyyətdə olub. Sərxoş olduğum üçün Samirəni qucaqladım. Onun boynundan və üzündən öpən zaman Tamella otağa girdi. Məndən nə etdiyimi soruşdu. Ona uşağımı öpdüyümü dedim. Ona qarşı heç bir başqa hərəkət etməmişəm”.

Əli Cəfərovun ifadəsinə görə, Ləmanın övladları – Samir və Səidəyə qarşı seksual xarakterli hərəkətlər etməyib.

O, ifadəsində göstərib ki, narkotik vasitələrdən istifadə etmir: "Əynimdəki cins şalvarın cibindən çıxmış içərisində narkotik vasitə marixuana olan kibrit qutusunu və evimdən tapılan içərisində narkotik vasitə olan marixuana olan sellofan torbanı polis əməkdaşları qoyublar. Nə üzərimdə, nə də yaşadığım evdə narkotik vasitə saxlamamışam”.

"Seksual xarakterli hərəkətlər etməyə məcbur etdi”

Zərərçəkmiş Samir Əhmədov bildirib ki, Şəki rayonu, Öryət kəndində anası Ləman, 3 qardaşı və 2 bacısı ilə birlikdə yaşayır: "Əli mənim ögey atamdır. 3 yaşım olanda anam doğma atamdan ayrılıb və ögey atam Əli ilə ailə həyatı qurub. Birinci dəfə atası Əli 2013-cü ildə məni idarə etdiyi avtomaşınla dəmir yığmağa apardı. Birlikdə çöldə dəmir yığan zaman atam məni avtomaşına mindirdi. Orada mənə təcavüz etdi”.

Samir Əhmədov qeyd edib ki, atası bu cür hərəkətləri ona qarşı zorla edib: "Əli bu cür hərəkətləri 2016-cı ilin may ayına qədər davam etdirib. Həmçinin Əli məndən başqa böyük bacım Səidəyə qarşı da həmin hərəkətləri edib. Atamın bacıma qarşı etdiyi bu hərəkətləri görməmişəm. Amma bacım anama danışanda eşitmişəm”.

Həmçinin ifadəsində göstərib ki, atalığı Əli Cəfərov ona qarşı həmin seksual xarakterli hərəkətləri təxminən 5 dəfə edib: "Atamın bu hərəkətləri barədə məlumat verməkdən qorxmuşam. Hazırda etdiyim hərəkətlərə görə atamı bağışlamıram”.

14 il 6 ay cəza

Əli Cəfərovun bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xəqani Səmədovun sədrlik etdiyi kollegiyada baxılıb. Məhkəmənin hökmü ilə Əli Cəfərov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Əli Cəfərov apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılması barədə qərar qəbul edilməsini istəyib.

Əvvəl bəraət istədi, sonra fikrini dəyişdi

Əli Cəfərovun şikayəti Şəki Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim heyəti Əli Cəfərovun apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd edib. Onun apelyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Əli Cəfərov apelyasiya şikayəti verib. O, kasasiya şikayətində bəraət yox, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Seksual manyak ciddi rejimli həbsxanaya göndərildi

Əli Cəfərovun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət araşdırılması üçün hakim Fərhad Kərimovun icraatına verilib.

Bu günlərdə hakim heyəti Əli Cəfərovun kasasiya şikayətinin dəlillərini araşdırıb və sonda qərar elan edib.

Hakim heyəti bu nəticəyə gəlib ki, Əli Cəfərovun törətdiyi dəhşətli əməl cəzanın yüngülləşdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də hakim heyəti onun kasasiya şikayətini təmin etməyib.

Məhkəmə hökmündən və qəralarında Əli Cəfərovun ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi barədə qərar çıxarılıb.
 
 
///Publika.az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət
Göygöldə iki bacı dəm qazından zəhərlənib
Bakıda zəncirvari qəza - Xəsarət alan var - FOTO

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət