Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11584
az

Azərbaycanda dəhşətli hadisə: Ailəsinin gözü qarşısında üstünə benzin tökdü Və...

11:1503 Aprel, 2019
984
  • A
 
Sumqayıt sakini ailə üzvlərinin gözü qarşısında özünü yandırıb.

Bu barədə Oxu24.com-a  şəhər Polis idarəsindən məlumat daxil olub.

Aprelin 2-də, gecə saatlarında 58 yaşlı Dadaşov Kamil İmaməddin oğlu yaşadığı evdə üzərinə benzin tökərək, özünü oda verib.

Bu zaman K.Dadaşovun yaxınları evdə olub. Onlar qorxulu mənzərəni görən kimi dərhal müdaxilə edərək, alovu söndürüblər. Zərərçəkən xəstəxanaya çatdırılıb.

Əldə olunan məlumata görə, K.Dadaşovun bədəninin 70 faizi yanıb, onun sağ qalacağına ümid azdır.

Həmin şəxsin özünü yandıran zaman içkili vəziyyətdə olduğu müəyyən edilib.

K.Dadaşovun yaxınları onun spirtli içki alüdəçisi olduğunu təsdiq edib.

Sumqayıt sakininin həmin gün intihar etməyə çalışdığı güman edilir.

Faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

12 barmağı  uşaq dünyaya gəlib

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Pensiya alanların NƏZƏRİNƏ - Artımlar...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı