Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11381
az

10 Yaşlı Qızı Zorlayan Iki Qonşu Və Doğulan Qız Uşağı… – Qəbələdəki Tükürpədən Hadisənin TƏFƏRRÜATLARI

18:4928 Mart, 2019
1294
  • A
Qəbələ rayonunda zorlamada təqsirli bilinən 2000-ci il təvəllüdlü Sadiq Məlikov və onun yaşıdı Akif Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu24.com teleqraf.com-a istinadla xəbər verir ki, Sadiq Məlikov 2014-cü ilin oktyabr ayının ortalarında Qəbələ rayonunun Ziring kəndində 2004-cü il təvəllüdlü Tahirə Məmmədovaya (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) təcavüz edib.

Əqli cəhətdən zəif olan Tahirə Məmmədova Sadiqin qonşusu olub.

Tahirənin və valideynlərinin etibarını qazanan Sadiq ailənin evinə sərbəst gedib-gəlmək imkanı əldə edib. Azyaşlı Tahirə evdə tək olduğu zaman Sadiq ona təcavüz etmək istəyib. Niyyətini həyata keçirmək üçün qızı aldadıb və yataq otağında onunla intim əlaqədə olub.

İstintaq müəyyən edib ki, Tahirə Məmmədova digər qonşusu Akif Babayev tərəfindən də təcavüzə məruz qalıb. O, Tahirənin yaşadığı evə televizorda istifadə olunan peyk antenna kanallarının nizamlanması adı ilə girib və evdə tək olan Tahirə ilə intim əlaqədə olub.

Daha sonra Akif Tahirəyə qarşı seksual xarakterli zorakılıq hərəkətləri də edib, onu oral seksə məcbur edib.

İki oğlan tərəfindən təcavüzə məruz qalan Tahirə sonda hamilə qalıb. Bir qədər sonra ailə üzvləri bu olaylardan xəbər tutublar.

2015-ci ildə təcavüzə məruz qalan Tahirə dünyaya qız uşağı gətirib. Tahirənin atası Sahib baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Müəyyən edilib ki, Tahirənin qızının bioloji atası Sadiq Məlikovdur. Ondan götürülən qan nümunələri ilə də bu sübuta yetirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

25 yaşlı oğlan özünü pilləkənlərdən ASDI
Abşeronda DƏHŞƏT: gənc oğlan özünü yandırdı
Borcu ödəməmək üçün tanışını öldürdü

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş