Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11092
az

TANIŞ OLDUĞU QADININ KIŞI ÇIXDIĞINI GÖRÜB ONU ÖLDÜRDÜ - TƏFƏRRÜAT

20:2519 Mart, 2019
619
  • A
 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən Rafiq Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R.Şıxəliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib və o, 3 il müddətinə azadlıqdan məhrum olunub.

Məlum olub ki, hadisə ötən il Bakı şəhəri Nizami rayon ərazisində baş verib.

R.Şıxəliyev toy məclisindən çıxıb evə gedən zaman küçədə cinsi azlığın nümayəndəsi olmuş R.B-la (ad, soy ad şərti) tanış olub.

Daha sonra R.Şıxəliyev həmin şəxsi qadın bilib, cinsi əlaqədə olmaq üçün 50 manat pul verib.

R.B isə qadın olmadığını ona deyəndən sonra R.Şıxəliyev verdiyi 50 manat pulu geri istəyib. Bu zaman hər iki şəxs arasında mübahisə yaranıb.

R.Şıxəliyev sonuncuya yumruq vurub. Xəstəxanaya çatdırılan cinsi azlıq nümayəndəsi bir müddətdən sonra orada dünyasını dəyişib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

25 yaşlı oğlan özünü pilləkənlərdən ASDI
Abşeronda DƏHŞƏT: gənc oğlan özünü yandırdı
Borcu ödəməmək üçün tanışını öldürdü

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı