‡агрузка...

ABŞ-la Rusiya erməni casus və terrorçularını Azərbaycana niyə göndərmək istəyir?- ŞOK MƏQAM

 
ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara münasibətini dəyərləndirən hesabatında Azərbaycana həsr olunan 40 səhifəlik paraqrafda ən diqqətçəkən məqam “ermənifobiyanın artması” ifadəsidir.

Dövlət katibi Mayk Pompeonun açıqladığı hesabatda iddia olunur ki, “erməni əsilli şəxslər Azərbaycan sərhədində əlavə yoxlamalara məruz qalır, onların ölkəyə girişinə tez-tez qadağalar qoyulur”.

Bu iddia son dövrlər Rusiya Xarici İşlər Nazirliyi tərəfindən bir neçə dəfə gündəmə gətirilib və rusların baş diplomatı Sergey Lavrovun idarəsində hesab edirlər ki, Azərbaycan Rusiyanın erməni vətəndaşlarını ölkəyə buraxmır. Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi qaydada bunu təkzib edib.

Burada əsas məqam ermənilərlə bağlı məsələsinin ABŞ və Rusiya – qlobal siyasi mübarizənin iki cinahı olan, dünyada mövcud münaqişələrin əksəriyyətində bir-birinə qarşı cəbhə alan, elə Cənubi Qafqazı tamamilə ram etmək üçün rəsmi Bakını öz cəbhəsinə çəkmək istiqamətində bütün vasitələrə əl atan bu iki ölkənin Azərbaycan üzərinə eyni istiqamətdən hücuma keçməsidir.

“Ermənilərə toxunmayın!”, Tramp Administrasiyasının xarici siyasət idarəsi Putin Administrasiyasının xarici siyasət idarəsinin sözlərini uca səslə qışqırır.

Moskva və Vaşinqton qılınclarını qınına qoymayıb, o zaman sual yaranır, hər iki paytaxtdan eyni tonda çıxan səsin arxasında kim(lər) var? Bu sualın cavabı Dövlət Departamentinin hesabatında Azərbaycana 40 səhifəlik yer ayırması və “ermənilərin müdafiəsi”nə qalxmasının qaranlıq tərəflərinə işıq tutur.

Rəsmi Bakı həm Moskva, həm də Vaşinqtonla dərin əlaqələrə, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq tarixinə malikdir. Xüsusilə bugünün geosiyasi şərtləri Bakını dünyanın iki qütbünü təmsil edən hər iki paytaxtda xüsusi mərtəbəyə qaldırır. Bunun fonunda dünyanın iki qütbü sanki bütün bəşəriyyətin ən böyük problemi “erməni əsilli şəxslərin Azərbaycana buraxılmaması olduğunu hesab edərək” həmrəylik nümayiş etdirirlər.

Bakı-Moskva, Bakı-Vaşinqton xəttində isti münasibətləri, buna paralel olaraq, Vaşinqton-Moskva xəttindəki qarşıdurmanı nəzərə alanda bu “həmrəyliyin” qaynağını xarici siyasi idarələrində, konkret desək, bu idarələrdə yuva salmış erməni lobbisinin məqsədlərində axtarmaq lazımdır.

Sirr deyil ki, dünyanın müxtəlif ölkələrində hörümçək toru kimi yayılmış erməni diasporu/lobbisi bir çox hallarda siyasi qərarlara təsir edir. O da sirr deyil ki, bu şəbəkənin məskən saldığı ölkədən asılı olmayaraq, ümumi maraqları və hədəfləri var. Və lazım olanda “qartalla ayını eyni havaya oynada” bilirlər, Moskva və Vaşinqtonu “həmrəy” etdikləri kimi...

“Erməni əsilli şəxslərin” Azərbaycana buraxılmaması iddiasını Şimalda ortaya atanlar da məhz erməni lobbisi idi, indi okeanın o tayından səsləndirənlər də. Görünür, vaxtilə Qorbaçova ünvanlanan “Qarabağı Azərbaycandan alıb ermənilərə verin” məktubunun altında imza atan, Konqresdəki ofisini Azərbaycana qarşı kampaniyaların aparıldığı məkana çevirən, erməni lobbisinin “baş memarlarından” olan Con Kerrinin “adamları” hələ də Dövlət Departamentinin dəhlizlərində dolaşır və Pompeonun qulağına nələrsə pıçıldayırlar...

Hədəf Azərbaycana təzyiq etməkdir və bunun arxasında erməni lobbisinin təsəvvür ediləndən daha təhlükəli planları yatır:

- İstənilən ölkənin pasportunu cibində daşıyan bir erməni Azərbaycanda Ermənistan xüsusi xidmət orqanları üçün asanlıqla informasiya toplaya bilər: paytaxtda, yaxud regionlarda turist gəzintiləri zamanı strateji obyektlərin fotolarını çəkə, hətta hərbi hissələrin nömrələrini qeydə ala, marşrut xətlərini öyrənə və digər casus fəaliyyətlərini həyata keçirə bilər. 2016-cı ildə Bakıda saxlanılan erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun (Qalustyan) casusluq etdiyinə dair informasiyaların olması da bu təhlükənin real olduğunu sübut edir.

- Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Azərbaycana gələn istənilən erməni potensial casus, yaxud terror aktı planlaşdıran ekstremistidir. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımılar, erməni idealogiyasının məhz Azərbaycana qarşı nifrət üzərində formalaşdırılması, 1994-cü ildə onlarla insanın həlak olması ilə nəticələnən iki terror hadisəsi və digər faktlar belə düşünməyi, bu təhlükəyə qarşı daim ayıq olmağı tələb edir.

Başqa ölkələrin vətəndaşı olan ermənilərin Dağlıq Qarabağ münaqişəsinə rəğmən Azərbaycana gəlməkdə israr etməsi də məqsədin heç də turizm olmadığını təsdiqləyir.

Burada Ermənistanın marağına xidmət edən iki nüans var: birincisi, müxtəlif ölkələrin vətəndaşları olan ermənilərin Azərbaycana buraxılmadığı fikrini irəli sürərək, ölkəmiz haqqında mənfi rəy yaratmaq; ikincisi, bu təzyiqlərlə potensial casus olan ermənilərin Azərbaycana girişini təmin edərək, lazımi informasiyaların toplanmasını həyata keçirmək;

ABŞ Dövlət Departmentinin hesabatına bu məsələnin daxil edilməsinin hədəfi budur. O da diqqətdən qaçmır ki, hesabatda “erməni əsilli şəxslər Azərbaycan sərhədində əlavə yoxlamalara məruz qalırlar” iddiasının ardınca “vətəndaş cəmiyyətinin fəalları bildirirlər ki, gənc nəsil ermənifobiya ilə böyüdü” ifadəsi yer alır. Xatırladınızmı bu sözləri?

“Azərbaycanlılar uşaqlarının 10 yaşlarının olmasına baxmayaraq, “xristianların azərbaycanlıların düşmənləri” olduğunu təlqin edirlər. Azərbaycanlılar erməniləri “qara paltarlı Allahsız kimi tanıdırlar”.

Martın 6-da Avropa Parlamentində ermənilərin təşkil etdiyi “Armeniafobiya” adlı toplantıya canlı qoşulan Leyla Yunus belə deyirdi.

- L.Yunusun həyat yoldaşı Arif Yunusun və onun qardaşı Ramiz Yunusun anası erməni əsilli Yunusova (Barseqyan) Arsalyus Arsenovadır. 1988-ci ildə Ramiz Yunusla eyni idarədə çalışan Afiq Hüseynov bildirir ki, “Arif və Ramiz Yunusların atası Seyfulla Əbdüləhəd oğlu Yunusov 1931-ci ildə İsmayıllıda anadan olub. Atasını kiçik yaşlarında itirən Seyfulla Yunusov erməni ailəsində böyüyüb. 1952-ci ildə martın 24-də Arsalyus Barseqyanla ailə həyatı qurub. Bu qadın Dağlıq Qarabağda Cartaz kəndində doğulub. Daha sonra Bakıya köçüb və Nərimanov rayonunda yaşayıb. Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi başlayanda Yunuslar analarının sənədlərini dəyişdirərək, Dağıstan sakini olaraq göstərdilər və Arsalyus Barseqyan Asiyət Əskərova oldu. Onlara bu işdə İrəvanda keçmiş DTK-nın polkovniki olan doğma dayıları kömək edib. Yunusların dayısının Rusiya əsilli olan arvadının dayısı isə Moskvada DTK-da yüksək vəzifə tuturmuş. Saxtalaşdırma işi də məhz Moskvadakı DTK zabitinin dəstəyi ilə baş tutur. Yunusların yaxın qohumları indiyə qədər Ermənistanda, işğal altındakı Dağlıq Qarabağda və Rusiyada yaşayırlar. Onların çoxu 1990-cı illərdə müharibə zamanı Qarabağda məskunlaşıb. Məlumatlara görə, Arif və Ramiz Yunusun dayısı Suren Barseqyan ömrünün sonuna qədər erməni işğalındakı Şuşada yaşayıb. Suren Barseqyanın oğlanları Arsen, Erik, Armen, həmçinin, qızı və arvadı Kamella hazırda Şuşada yaşayırlar. Yunusların xalaları – Nadya Gevorkyan və Siran Barseqyan isə Rusiyanın Krasnodar vilayətində məskunlaşıb. Yunusların indiyə qədər də erməni qohumları ilə sıx əlaqə saxladığı deyilir”.

... Bütün daşlar yerinə oturur: ermənilər Azərbaycanın vətəndaş cəmiyyəti instutularına yerləşdirdikləri Leyla Yunusun dili ilə “azərbaycanlılar “ermənifobiya” ilə böyüdülür” iddiasını ortaya atır, bir həftə sonra Dövlət Departamenti hesabatında bu iddiaya “vətəndaş cəmiyyətinin fəallarının sözlərinə görə...” istinadı ilə yer ayırır. Yəni məsələ nə insan haqları, nə də digər nəsnələr deyil, məsələ Azərbaycana qarşı müxtəlif istiqamətlərdən hücumun edilməsidir. Elə olmasaydı, Dövlət Departamenti “40 səhifəlik iddialarını” məhz indi, Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzərində ciddi işin aparıldığı ərəfədə açıqlamazdı (“Brexit”dən sonra Aİ-nin aparıcı gücünə çevrilən Almaniya-Fransa cütlüyü ilə ABŞ-ın qarşıdurmasına diqqət edin). Elə olmasaydı, hesabatda “erməni izi at izinə” də qarışmazdı...
loading...




Paylaş:


15-mar, 2019 108
loading...
Загрузка...
loading...