Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10914
az

Ayselin dağıtdığı iddia olunan ailə münaqişəsinin DETALLARI: Uşağı öyrədirlər, qorxudurlar...

18:5414 Mart, 2019
927
  • A
Müğənni Aysel Əlizadənin adı keçən qalmaqallı ailə münaqişəsi ilə bağlı iş məhkəmə instansiyalarında həll edilir. Lakin qərarlar icra olunmadığı üçün iş adamı Nəcəfov Elçin Oruc oğlunun keçmiş həyat yoldaşı Turanə Nəcəfovanın ailəsi ölkə rəhbərliyinə müraciət edib.

Oxu24.com xəbər verir ki, E.Nəcəfovun arvadı Turanə Nəcəfovanın nənəsi Manya Nəcəfova "Qafqazinfo" ilə əlaqə saxlayaraq Ali Məhkəmənin qərarından 3 aydan artıq müddət keçsə də icraçı məmurların yuxarı instansiyanın qərarına məhəl qoymadığını bildirib.

Azərbaycan SSRİ Ali Sovetinin keçmiş deputatı, Frunze kolxozunun sədri işləmiş M.Nəcəfova qeyd edib ki, 2 ildən çoxdur nəvəsi Turanə və kürəkəni Elçin ayrılıblar:

"Bütün instansiya məhkəmələrində uşaqların qəyyumluğu anaya verilib, lakin atası Elçin 9 yaşlı Zeynəbi bizə verməyib. İndi çalışırlar ki, Zeynəbin 10 yaşı olana kimi prosesi uzatsınlar' sonra da uşağı öyrədib atasında saxlasınlar. Çünki biz 2 ildir Zeynəbi görmürük, onu öyrədirlər, qorxudurlar, amma biz bilmirik. Nəticəmin taleyindən narahatam. Lakin Nərimanov rayon məhkəmə icraçıları nəticəm Nəcəfova Zeynəbi atasından alıb anası Nəcəfov Turanə Mətləb qızına təqdim etmirlər, öz vəzifə borclarını yerinə yetirməkdən boyun qaçırırlar".

Cütlük boşanma üçün 2 il əvvəl məhkəməyə müraciət etsə də, mülk məsələsinə görə proses uzanıb və hələ qərar verilməyib.

Məlumata görə, iş adamı Elçin Nəcəfov Bakıda maşın satışı ilə məşğuldur. E. Nəcəfov "Auto Gallery" avtomobil salonun və paytaxtın bir neçə yerində maşın salonlarının sahibdir. Onun biri Novxanı qəsəbəsində olmaqla 3 villasının olduğu bildirilir.

Qeyd edək ki, T. Nəcəfova dünən "Səni axtarıram" verilişində müğənni Aysel Əlizadənin həyat yoldaşı Elçinlə münasibəti olduğunu və ailəsini dağıtmaqda ittiham etmişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO
Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO