Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10893
az

Qardaş ailəli bacısının ərə getmək istədiyi kişini öldürdü — Bakıda dəhşətli cinayət

13:1614 Mart, 2019
847
  • A
 
Bakıda qətl törətməkdə təqsirləndirilən Elnur Abdullayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Ölkə.Az”  xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakı şəhəri, Sabunçu rayonunda baş verib. Zabrat qəsəbəsində yerləşən avtoyuma məntəqəsində işləyən 32 yaşlı Murad Quliyev Qəbələ rayon sakini, 27 yaşlı Elnur Abdullayev tərəfindən qısqanclıq zəminində öldürülüb.

Məlumata görə, əvvəllər 2 dəfə evli olmuş və hər iki həyat yoldaşından boşanan M.Quliyev internet vasitəsilə 2 uşaq anası olan Qəbələ sakini ilə tanış olub. Daha sonra qadın uşaqlarını Qəbələdə ataraq Bakıya gəlib, M.Quliyevlə 2 aya yaxın birgə yaşayıb.
M.Quliyev qadınla birgə Qəbələyə gedib. Məqsəd isə qadının rəsmi nikahda olduğu şəxsdən boşanmaq üçün məhkəməyə müraciət etmək olub.
Lakin Qəbələdə olarkən qadının ailə üzvləri onun M.Quliyevlə Bakıya qayıtmağına icazə verməyib və həmin şəxsin el adət-ənəsi ilə gəlməsini istəyib. Bundan sonra M.Quliyev Bakıya gəlib, lakin o, qeyri-rəsmi münasibətdə yaşadığı qadının ailəsinin istədiyi kimi etməyib və onlarla əlaqəni tamamilə kəsib.

Bu səbəbdən də qadının qardaşı E.Abdullayev özü ilə bıçaq götürərək Bakıya gəlib, M.Quliyevi tapıb və ona bir neçə zərbə endirib. M.Quliyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO