Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10647
az

Bakıda ruhi xəstə Təcili tibbi yardım stansiyasına hücum edib həkimi döydü

14:3907 Mart, 2019
666
  • A
 
Paytaxtın Qaradağ rayonu, Korgöz qəsəbəsindəki Təcili tibbi yardım stansiyasına hücum olub. Ruhi xəstə Valeh Hümbətov stansiyaya gələrək şüşələri qırıb, orada olan əşyaları dağıdıb.

Oxu24.com  virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.

R.Nağıyev bildirib ki, Hümbətov təkcə binaya zərər vurmayıb. Stansiyanın böyük həkimi Tahir Alıyevə, eləcə də hadisə yerinə çağırılan polis əməkdaşına da xəsarət yetirib.

"Hadisə martın 5-də qeydə alınıb. Təcili yardım stansiyasına gecə saat 00:55-də çağırış daxil olub. Həmin stansiyada psixi-briqada olmadığında çağırış digər stansiyaya ötürülüb”,-baş həkim əlavə edib.

Hadisə yerinə gələn polis əməkdaşlarının köməyi ilə Hümbətov 38-ci bölməyə aparılıb: "Psixi-briqada stansiyaya gələrkən xəstə artıq polis əməkdaşlarının köməyi ilə bölməyə aparılıbmış. Buna görə də mərkəz məlumatlandırılıb və briqada bölməyə gedib. Xəstə aqressivləşdiyindən onu polis əməkdaşlarının köməyi ilə Maşdağadakı 1 saylı ruhi əsəb xəstəxanasına yerləşdiriblər”.

Baş həkim əlavə edib ki, hadisə ilə bağlı məlumat daxil olan kimi araşdırma aparılıb. "Çağırışın daxil olduğu vaxt monitorda qeyd olunur, briqadanın stansiyadan çıxışı, stansiyaya geri dönüşü, maşınların hərəkətinə kimi kameralarla izlənilir, qeydə alınır. Hümbətov ruhi xəstə olduğundan həkimlər şikayətçi olmayıblar”.

Qeyd edək ki, bəzi saytlarda əsassız olaraq psixi-briqadanın çağırışa getmədiyinə dair məlumatlar yayılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

25 yaşlı oğlan özünü pilləkənlərdən ASDI
Abşeronda DƏHŞƏT: gənc oğlan özünü yandırdı
Borcu ödəməmək üçün tanışını öldürdü

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş