Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10564
az

Uşaq yaşında həbsə düşən,ömrünü türmədə başa vuran avtoritet - Lotu Bəxtiyarın sirli ölümü haqda

12:3505 Mart, 2019
7028
  • A
 
Qanuni Oğru Bəxtiyar Novxanılı kriminal aləmdə ən çox adı hallanan və nüfuza malik şəxslərdən olub.

Oxu24.com  xəbər verir  ki, Kərimov  Bəxtiyar  Ağababa  oğlu  1959-cu il martın 21-də  Bakı  şəhəri  Novxanı kəndində  anadan  olub. 1976-ci il iyul ayının  22-də Xalq məhkəməsinin  qərarı ilə 5 il həbs cəzası alıb. Maykopdakı  uşaq  koloniyasına  köçürülüb. Bununla  da  əfsanəvi Lotu Bəxtiyarın  həyat macərasının  təməli  qoyuldu. Cəzasını tam çəkib qurtarmamış  1977-ci  ildə  oradakı  haqsızlıqlara qarşı mübarizə apardığna görə o nun cəza müddətinə 3 il də əlavə olunaraq Rusiyanın Vladimir şəhərindəki Vladimirski Tsentral türməsinə qapalı rejimə etap olunub. 1982-ci ildə Vladimirski türməsinin lazaretində bütün ittifaq üzrə qanuni oğruların patriarxı sayılan Vasya Brilyant ləqəbli Vasili Babuşkin və digər qanuni oğru Nikolay Yakutenko tərəfindən qanuni oğru adını almışdı və bu sınaqdan çox asanlıqla keçmişdi 1983-cü ildə azadlığa buraxılıb İkinci dəfə 1985-ci ildə 2 il müddətinə həbs olunmuşdu Üçüncü dəfə 1989-cu ildə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi1993-cü ildə isə ailə həyatı qurmuşdu Dördüncü dəfə 1994-cü il Dekabr ayının 22-də fövqəladə vəziyyətdə həbs olunmuşdu Həbs olunmasına baxmayaraq hüquq mühafizə orqanları əllərində əsaslı dəlillər olmadığına görə ona cəza müddəti təyin edə bilməmişlər 2 ildən sonra 1996-cı il Mart ayının 3-də onu 3 il müddətinə azadlıqdan məhrum etdilər 1997-ci il Mart ayında işə yenidən baxılaraq ona 4 il iş kəsilmişdi Bütün bu illər ərzində o keçmiş Sovet İttifaqının Maykop, Vladimir Perm, Karlaq və bunlarla birlikdə 8 şəhərdə məhbusluq həyatı yaşamışdı 1998-ci il Aprel ayının 6-da Bakı şəhərindəki 13 saylı kolonun xəstəxanasında qara ciyər serrozundan vəfat etmişdi və bununlada lotu Bəxtiyarın həyat macərası yarımçıq qaldı

{banner_reklam1}

Lotu  Bəxtiyarın qoyub getdiyi sözlərin bir qismi....

MƏN MƏRDLİYƏMƏHKUM OLANAM, MÖHKƏMƏ MƏHKUM
MƏHKUM EDE BİLMƏZ MƏNİ HEÇ MƏHKƏMƏ MƏHKUM.

MİN ŞADLIĞI-BİR GÖZ YAŞINA NƏŞƏNİ DƏRDƏ,
YÜZ ZÖVQÜ-SƏFANI EDƏRƏM BİR QƏMƏ MƏHKUM.

ÖZ KÖLGƏMİN ARDINCA DÜŞÜB CANİYƏ DÖNDÜM,
KÖLGƏM MƏNƏ HAKİMDİ, MƏN ÖZ KÖLGƏMƏ MƏHKUM.

BƏS PƏRDƏDƏ ZİLDƏN OXUYUB, ZİLDƏ PƏS OLDUM,
BƏMDƏN GÜC ALAN ZİL, YENƏ OLDU BƏMƏ MƏHKUM.

YOX VARLIĞA DARLIQ DEDİLƏR, BİLMƏDİLƏR Kİ,
ÇOX VAR OLANI TALE EDİBDİR KƏMƏ MƏHKUM.

ŞAİR O ZAMAN HÖKM ELİYƏR ÖLKƏSİ OLSUN,
ÖLKƏM ÖZU MƏHKUMDURSA...KİM ÖLKƏMƏ MƏHKUM.

GÖRKƏM UCALIB ÖLKƏDƏ ŞƏXSİYYƏTİ ÖTMÜŞ,
ŞƏXSİYYƏT OLUB GÖVDƏLİ BİR GÖRKƏMƏ MƏHKUM.


Lotu Bəxtiyarın söhbəti ;

Bir gün Lotu Bəxtiyar başqa vorLarLa yeyib içməkdə oLur . Birdən
Bəxtiyar ayağa qaLxir və deyir :
+ Bunu da içirəm Narın sağLığına !
Hamı bir-birinə təəccübLə baxır . Batyadan soruşurLar ki, Bextiyar narın sağLığına da içməy oLar ? Bu nə deməkdi ?
+ Bəxtiyar : Bunu ona gör Narın sağLığına içdim ki, bir-birimizə Nar
dənəLəri qədər sıx oLaq . Aramızda pərdə , başımızda tac oLsun ..

“Lotu Bəxtiyar”ın ölümü

Bəxtiyar Kərimov “kriminal aləmin əfsanəsi” hesab olunur. Ona  sonuncu  dəfə 1996-cı ildə Bakı Şəhər Məhkəməsinin qərarı ilə 3 il həbs cəzası kəsilib.  Bayıl  türməsində cəza çəkən “qanuni oğru” 1998-ci il aprelin 6-da həbsxana xəstəxanasında vəfat edib. Onun qaraciyər sirrozundan əziyyət çəkdiyi bildirilirdi.  Məzarı Novxanıdakı  kənd  qəbiristanlığındadır.





Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ