‡агрузка...

Kürdəmirdə ŞOK OLAY: 19 yaşlı ana doğuşdan sonra öldü

Kürdəmir rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.

“Oxu24.com”un xəbərinə görə, rayonun 19 yaşlı Carlı kənd sakini Nuranə Sədrəddin qızı Novruzova bu gün saat 14:00 radələrində doğuş sancıları ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğuş şöbəsinə yerləşdirilib.

Saat 16:30-da isə doğuş baş tutub və ana 3,4 kq-lıq oğlan uşağı dünyaya gətirib. Doğuşdan təqribən 15-20 dəqiqə sonra anada boğulma halı baş verib. Həkimlər onu reanimasiya etmək istəsələr də, Nuranənin həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı səbəbdən baş verməsi ekspertin rəyindən sonra aydın olacaq.



Kürdəmir RMX-nin baş həkimi Eynulla Novruzov bildirib ki, Nuranə xəstəxanaya daxil olarkən səhhəti normal olub və doğuş normal həyata keçirilib.

Yeni doğulan körpənin vəziyyəti normaldır. Son 26 ildə Kürdəmir RMX-da ana ölümü baş verməyib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
loading...




Paylaş:


21-fev, 2019 199
Загрузка...
loading...
loading...