‡агрузка...

Azərbaycanlı gənc klubdan qayıdan afrikalı qızlara hücum etdi

 
Moskvanın şimal-şərqində iki əcnəbiyə hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Oxu24.com  xəbər verir ki, bununla bağlı “Moskva” agentliyi hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Saxlanılan şəxs Moskvada yataqxanada qalan 32 yaşlı azərbaycanlıdır.

Məlum olub ki, o, gecə saatlarında dostları ilə klubların birindən qayıdan 22 yaşlı və 37 yaşlı Qana vətəndaşlarına hücum edib. 37 yaşlı qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən azərbaycanlının cinayətdə istifadə etdiyi bıçaq maddi sübut kimi götürülüb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
loading...




Paylaş:


21-fev, 2019 167
loading...
Загрузка...
loading...