Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7161
az

Azərbaycanda “staj aministiyası” kimlərə şamil olunacaq?

23:0617 Noyabr, 2018
788
  • A
Azərbaycan dövləti tərəfindən 2019-2020-ci illərdə  pensiyaya çıxan şəxslər üçün 25 il olaraq "staj aministiyası" hesab olunacaq.
Oxu24.com oxu.az-a istinadən bildirir ki, 2006-cı ilə qədər olan staj müddəti "staj aministiyası"na düşəcək.  

Yəni həmin il insanın stajı 15 il və ya 22 il belə olsa, dövlət tərəfindən 25 il staj təqdim ediləcək və 2021-ci ildən etibarən isə bu staj aministiyası bir il-bir il azalmağa başlayacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, staj illəri 25-dən artıq olan şəxslərə xələl gətirilməyəcək və həmin insanlar fərdi qaydada müraciət edib, stajlarını təsdiq etdirə bilərlər:

"Bizim hesablamalarımız göstərir ki, pensiya yaşına çatanların çoxunda bu staj yoxdur. Əlimizdə fərdi uçot rəqəmləri var, bunun əsasında 2006-cı ildən sonrakı dövrü hesablayacağıq.

Hazırda fərdi uçot məlumatı olan 3 milyon 600 mindən çox insan var. Pensiya təyinatının tam şəkildə elektronlaşdırılması üçün böyük elektron sistemlər yaradılır, təmizlənir, dəqiqləşdirilir.

Artıq dekabrın 15-dən etibarən test rejimində sınaqlar keçiriləcək. Yanvarın 1-dən isə real rejimdə pensiya təyinatlarına  başlanılacaq".  

Qeyd edək ki, gələn il pensiya yaşı kişilər üçün 64, xanımlar üçün 61-dir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...
Qarabağ suvarma kanalı yenidən qurulacaq
Azərbaycanda elektrikli avtobusların istehsalına başlanılacaq

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ