Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4607
az

Əmək müqaviləsi yoxdursa, bütün əmək hüquqları, gələcək sosial təminat da yoxdur - NAZİRLİK - FOTO

20:3718 Avqust, 2018
842
  • A
Əmək münasibətləri əmək müqaviləsi əsasında həyata keçirildikdə bu, işçiyə onun həyatının, sağlamlığının, əməyinin mühafizəsini təmin edən əmək şəraitində və qanunvericiliklə müəyyən edilmiş iş vaxtı müddətində çalışmaq hüququ yaradır. İşçiyə minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq, məcburi dövlət sosial sığortasına cəlb edilərək gələcəkdə sosial təminat hüququ əldə etmək imkanı verir.

Oxu24.com Trend-ə istinadən bildirir ki, bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, İmişli rayonunda İmişli, Sabirabad, Saatlı, Fizuli, Beyləqan rayonlarından olan ayrı-ayrı işəgötürənlərin iştirakı ilə keçirdiyi seminarda vurğulanıb. Seminar "Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları" və "Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularına həsr olunub.

Qeyd olunub ki, əmək müqaviləsi olmadan işləmək işçini bütün əmək hüquqlarından və gələcək sosial təminatdan məhrum edir. Belə halda işçi qanunvericiliklə müəyyən edilmiş iş vaxtı müddətində çalışmaq, minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqı almaq və ya onun verilməsini tələb etmək, istirahət və məzuniyyət hüquqlarını itirmiş olur. Bağlanan hər bir əmək müqaviləsi isə Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində müvafiq bildiriş formasında qeydiyyatdan keçirilməklə rəsmiləşdirilir və əks halda hüquqi qüvvəyə minmir.

Seminarda hər iki mövzuda tədbir zamanı iştirakçıların sualları da cavablandırılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

1.7 milyon adamın maaşı artacaq - Şad xəbər
Respublika üzrə pensiyalar ödənildi
Bu sahədə işləyənlər 3 mindən çox maaş alır

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Parkda kişi uşağa hücum etdi  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu