Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4086
az

Novruz Məmmədovun intihara cəhd edən şəxslə danışığının təfərrüatı açıqlandı (RƏSMİ)

11:4930 İyul, 2018
1938
  • A
 "Baş nazir Novruz Məmmədov bir nəfərin Bakıda metronun "Koroğlu" stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihara cəhd etməsi xəbərini eşitdikdən sonra yolunu dəyişərək həmin əraziyə gedib".

Oxu24.com xəbər vrir ki, bu barədə "Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.

"Səhər tezdən Baş nazir işə gələrkən ona məlumat verilib ki, körpünün üstündə bir nəfər intihara cəhd edir. O, başqa yolla gəlməsinə baxmayaraq, hadisəni eşidən kimi göstəriş verib və avtomobil korteci hadisə olan yerə, yəni körpünün yanına gedib", - NK-nın sözçüsü əlavə edib.

Onun sözlərinə görə, daha sonra Baş nazir intihara cəhd edən şəxslə telefon əlaqəsi yaradıb: "Baş nazir telefon danışığı nəticəsində intihara cəhd edən şəxsin probleminin nədən ibarət olduğunu, ona necə kömək edəcəyini soruşub. Cənab Novruz Məmmədov həmin şəxslə həm də psixoloji söhbət edib".

Baş nazirin telefon danışığı zamanı məlum olub ki, intihara cəhd edən şəxs 1969-cu ildə Tovuzda anadan olan, fəhlə Əhmədov Yaşar Məmmədəli oğludur: "Yaşar Əhmədov ailə münaqişəsi zəminində övladlarının narahatlığını çəkərək çıxış yolunu bu addımı atmaqda gördüyünü bildirib".

Baş nazirlə danışdıqdan sonra Y.Əhmədov aşağı düşüb və o, Nazirlər Kabinetinə dəvət olunub.

Akif Əli əlavə edib ki, Baş nazir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və onun rəhbərliyinə məsələni araşdırmaq üçün dərhal göstəriş verib: "Yaşar Əhmədova da müvafiq qurumlarla görüşmək tövsiyə olunub. İndi görüşlər davam edir, araşdırma gedir və həqiqətin necə olduğu araşdırmalardan sonra dəqiq məlum olacaq". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...
Qarabağ suvarma kanalı yenidən qurulacaq
Azərbaycanda elektrikli avtobusların istehsalına başlanılacaq

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Paytaxt sakini Ağsuda narkotiklə saxlanıldı