Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3928
az

720 manata dövlət maşını satılır

13:1924 İyul, 2018
922
  • A
 Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən avqustun 21-də hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

Oxu24.com xəbər verir ki, avtomobillər bir sıra dövlət qurumlarına aiddir.

Onlar arasında ilkin qiyməti 720 manat təşkil edən Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinə məxsus, buraxılış ili 1994-cü il olan "QAZ-31029”, dəyəri 3525 manat təşkil edən Mərkəzi Banka məxsus, 2004-cü il buraxılışlı  "Hyundai Sonata” və dəyəri 11250 manat təşkil edən "Mercedes Benz Sprinter 314” markalı avtomobillər var.

Hərraca təklif edilən start qiyməti bir qədər bahalı olan avtomobillər, əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsinə aiddir. İdarənin iki avtomobili –  buraxılış illəri 2006-cı ilə aid olan iki "BMW 730” markalı avtomobil 16875-15750 manata hərraca çıxarılıb.

Onu da qeyd edək ki, sözügedən qurumların avtomobilləri təkrar hərraca çıxarılıb. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin balansında olan  nəqliyyat vasitəsi üçüncü dəfə 10% endirimlə, Mərkəzi Bankın balansında olan nəqliyyat vasitələri dördüncü dəfə 25% endirimlə, Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansında olan nəqliyyat vasitələri dördüncü dəfə 25% endirimlə təkrar hərraca təqdim edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...
Qarabağ suvarma kanalı yenidən qurulacaq
Azərbaycanda elektrikli avtobusların istehsalına başlanılacaq

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü