Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
303
az

Büdcə ilə bağlı qaydalara dəyişiklik edildi

08:3806 Aprel, 2018
1175
  • A
 Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edilib.

“Oxu24.com” xəbər verir ki, baş nazir Artur Rasizadənin təsdiq etdiyi dəyişiklik prezidentin 2017-ci il 25 dekabr tarixli 1759 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi daşıyır.

 “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilib:

1. 5.5-ci bəndə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla,” sözləri əlavə edilsin.

2. 5.5-2-ci bəndə “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla,” sözləri əlavə edilsin.

3. 5.42-ci bəndin beşinci abzasında “Nazirlər Kabineti” sözləri “Prezidenti” sözü ilə əvəz edilsin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

1.7 milyon adamın maaşı artacaq - Şad xəbər
Respublika üzrə pensiyalar ödənildi
Bu sahədə işləyənlər 3 mindən çox maaş alır