Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2357
az

\"Böyük ehtimalla dizel bahalaşacaq\" - Ekspert

19:2729 May, 2018
981
  • A
 “Azərbaycanda da Rusiyada benzinin qiymətinin qalxması fonunda dizel yanacağının qiymətinin bahalaşması gözlənilir”

Oxu24.com bildirir ki, bu sözləri Yenicag.az-a açıqlamasında Rusiyada ötən həftə sonları benzinin qiymətinin bahalaşmasının Azərbaycana təsiri məsələsinə toxunarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

“Rusiyanın benzin bazarı Azərbaycandan köklü şəkildə fərqlənir. Orada bazar prinsipləri fəaliyyət göstərir və dövlətin qiymətin formalaşmasında iştirakı yoxdur. Yəni orada benzinin qiymətini dövlət təyin etmir. Ancaq dövlət aksiz vergiləri və digər vergilərin azaldılması, yaxud da qaldırılması yolu ilə qiymətlərə təsir edir. Bu anlamda Rusiyada benzinin qiymətinin qalxması məsələsində də sərbəst bazar qaydaları işləyir. Neftin qiymətinin bahalaşması və vergi yükünün artması ilə əlaqədar olaraq Rusiyada benzinin qiyməti də yüksəlib. Azərbaycanın qeyri-neft sektorunda ən böyük tərəfdaşı Rusiyadır. Bu ölkəyə kifayət qədər mal ixrac edirik. Rusiyadan da ölkəmizə kifayət qədər böyük həcmdə mal gəlir. Bu nöqteyi nəzərdən şimal ölkəsində benzinin bahalaşması fonunda loqistikanın bahalaşması, əsasən də avtomobil daşınması yolu ilə gətirilən malların, Azərbaycan məhsulunun Rusiya bazarına çıxışı üçün xərclənən vəsaitin artması gözləniləndir. Azərbaycanlılar avtomobil yollarından istifadə etməklə əsasən kənd təsərrüfatı məhsullarını Rusiya bazarlarına çıxarırlar. Bu fonda onlar Rusiya ərazisində yanacağı daha baha qiymətə almalı olacaqlar. Nəticədə yaranmış vəziyyət onların Rusiyaya göndərdikləri məhsulun qiymətinə də təsir edər, onu bahalaşdırar.

Lakin bu vəziyyət qonşu ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsi, Azərbaycan mallarına tələbatın zəifləməsinə gətirib çıxarar. Rusiyadan ölkəmizə gətirilən məhsulların qiyməti də yaranmış vəziyyətdə ola bilsin bahalaşsın.

Azərbaycanda benzinin qiymətinin qalxıb-qalxmayacağına gəldikdə, ekspert vurğuladı ki, bu dövlətin tənzimlədiyi sahədir: “Proses Tarif Şurası vasitəsilə tənzimlənir. Keçən il həmin istiqamətdə kifayət qədər bahalaşmanın olduğunun şahidi olduq. Aİ-92 markalı benzinin qiyməti artdı. Aİ-95 və premium markalı benzinin qiymətini isə formal olaraq Tarif Şurası müəyyənləşdirmir. Reallıqda isə birbaşa SOCAR-ın nəzarətindədir və o da istədiyi şəkildə qiymətləri artıra bilər. Bu mənada ölkəmizdə də Aİ-92 markalı benzinin yaxın zamanlarda bahalaşacağını düşünmürəm. Amma dizel məsələsində belə bir addımın atılması ehtimalı yüksəkdir. Çünki, keçən ilki qiymət artımından sonra Aİ-92 markalı benzinlə dizelin qiyməti arasında kifayət qədər böyük fərq yaranıb. İndi artıq hər litrdə 30 qəpiyə yaxın fərq var. Belə bir ciddi fərqin olması mənasında da dünyanın nadir ölkəsiyik. Ona görə də dizelin qiymətinin qaldırılması istiqamətində müəyyən qərarların verilməsi ehtimalı çox yüksəkdir”.

Qeyd edək ki, ötən həftə ərzində Rusiyada benzinin qiymətində artımlar baş verib. Aİ-92 markalı benzin 76 qəpik artaraq bir litri 40,76 rubl, Aİ-95 isə 79 qəpik artaraq 43,6 rubl təşkil edib. Həmçinin bu ölkədə dizel yanacağı da 79 qəpik bahalaşıb.

Həftəsonu paytaxt Moskvada bahalaşma yenidən özünü göstərib və benzinin qiymətində 88-90 qəpik artım qeydə alınıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...
Qarabağ suvarma kanalı yenidən qurulacaq
Azərbaycanda elektrikli avtobusların istehsalına başlanılacaq

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü