Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2203
az

Nazir məşğulluq orqanlarının fəaliyyətini tənqid etdi

21:0725 May, 2018
1058
  • A
Məşğulluğun təminatında məşğulluq orqanlarının da rolu artmalıdır.

Oxu24.com-un məlumatına görə, bunu Dövlət Məşğulluq Xidmətinin və onun yerli orqanlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən müşavirədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, ölkədə əhalinin təbii artım tempinin mövcud olduğu şəraitdə əmək bazarına daxil olan işçi qüvvəsi artır və məşğulluq orqanlarının fəaliyyəti də bu dinamikaya uyğun qurulmalıdır: “Hər bir məşğulluq orqanının fəaliyyətinin qiymətləndirilməsi mexanizmi də olmalıdır. Ümumilikdə, dövlət məşğulluq orqanlarının beynəlxalq standartlara cavab verən yeni xidmət modeli formalaşdırılmalıdır”.

Nazir bildirib ki, məşğulluq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin, o cümlədən özünüməşğulluq proqramının səmərəliliyinin artırılması və s. üçün İşçi qrupu tərəfindən təkliflər hazırlanaraq, bir ay ərzində təqdim edilməlidir: “Sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlar üçün kvota üzrə iş yerlərinin ayrılması sisteminin təkmilləşdirilməsi, məşğulluq sahəsində vahid elektron məlumat bazasının, əmək bazarına dair monitorinq və proqnozlaşdırma sisteminin qurulması vacib vəzifələrdəndir. Bununla əlaqədar konkret təkliflər hazırlanacaq”.

Müşavirə zamanı məşğulluq orqanlarının fəaliyyətinin nəticələri ətraflı təhlil edilərək, nöqsan və çatışmazlıqlar qeyd olunub.




Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

1.7 milyon adamın maaşı artacaq - Şad xəbər
Respublika üzrə pensiyalar ödənildi
Bu sahədə işləyənlər 3 mindən çox maaş alır

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Parkda kişi uşağa hücum etdi  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı