Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17399
az

Azərbaycanda onminlərlə insanı sevindirən xəbər - SƏRƏNCAM QÜVVƏYƏ MİNDİ

19:3301 Sentyabr, 2019
1047
  • A
 Azərbaycan Prezidenti İlham Əliyevin iyun ayında əmək haqqlarının artırılması ilə bağlı imzaladığı sərəncamlar qüvvəyə minib.

Publika.az xəbər verir ki, 1 sentyabr tarixindən Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında və Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam qüvvəyə minib.

Belə ki, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.

Bundan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam da bu gün qüvvəyə minib. Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Prezident İlham Əliyev iyunun 18-də imzaladığı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam da bu gün qüvvəyə minib.

Nazirliyin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin (XKX) hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının orta hesabla 40 faizi həcmində artırılması da qüvvəyə minib.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) hərbi qulluqçularının, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin, Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşlarının da 1 sentyabr tarixindən maaşları artırılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

1.7 milyon adamın maaşı artacaq - Şad xəbər
Respublika üzrə pensiyalar ödənildi
Bu sahədə işləyənlər 3 mindən çox maaş alır

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı