Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16210
az

Qaz və işığın limiti bu dəfə LƏĞV EDİLİR? - Sabiq maliyyə naziri

22:0527 İyul, 2019
945
  • A
 
“İşıq və qaz satan monopolistlər onların məhsullarına limit tətbiq edilməsini qaz və işığın istehsalında xərclərin çox olması ilə əsaslandırmağa çalışırlar”.

Oxu24.com xəbər verir ki, bunu sabiq maliyyə naziri Fikrət Yusifov açıqlamasında bildirib.
 Onun sözlərinə görə, əhaliyə işıq və qaz xidmətini təqdim edən hər bir monopolistin bu məhsulların maya dəyərini aşağı salmaq üçün böyük ehtiyatları mövcuddur:

“Bu ehtiyatlardan düzgün istifadə edilərsə, nəinki limitləri ləğv etmək mümkün olar, hətta əvvəlki qiymətlər belə azaldıla bilər. Bu gün sadə vətəndaşlar və iş adamlarının limitdən artıq istifadə etdikləri qaza, işığa görə ödədikləri əlavə vəsait nəticə etibarilə onların istifadə etdikləri məhsulun şişirdilmiş maya dəyərini qarşılayır. Bu isə əhalinin gəlirlərinin əsassız itkisinə səbəb olur. İşıq və qaz satan monopolistlər onların məhsullarına limit tətbiq edilməsini qaz və işığın istehsalında xərclərin çox olması ilə əsaslandırmağa çalışırlar. Lakin onlar çox gözəl bilirlər ki, bu qiymətləri hansı rezervlər hesabına aşağı salmaq mümkündür. Bunun üçün əhaliyə satılan işıq və qazın maya dəyərini əsaslı şəkildə təftiş etmək lazımdır. Bu iş obyektiv şəkildə görülərsə, o halda kifayət qədər ehtiyatlar aşkarlanacaq. Bu isə həm işığın, həm də qazın əhaliyə əvvəlki qiymətə və hətta ondan da aşağı qiymətə verilməsinə şərait yaradar”.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

1.7 milyon adamın maaşı artacaq - Şad xəbər
Respublika üzrə pensiyalar ödənildi
Bu sahədə işləyənlər 3 mindən çox maaş alır

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM