Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14404
az

BirKart-la alış-veriş edib, Honda Civic avtomobili qazanın!

11:1711 İyun, 2019
740
  • A
 
Kapital Bank BirKart müştəriləri üçün yeni stimullaşdırıcı lotereya keçirir. 01 oktyabr 2019-cu il tarixinədək partnyor mağazalar şəbəkəsində BirKart ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər.

Bankın mətbuat xidmətindən  Oxu24.com-a  daxil olan məlumatda bildirilir ki, şərtlərə görə minimum 30 manatlıq hər taksit əməliyyatı bir şansa bərabərdir. Hər ayın 9-u tarixində keçiriləcək tiraj zamanı 10 nəfər 500 manatlıq KapitalGift kartı, 5 nəfər iPad Mini və 1 nəfər iPhone XS əldə edəcək. Son tiraj zamanı isə 1 nəfər Honda Civic avtomobili qazanacaq.

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

Bu kartları məvacib və təqaüdünü Kapital Bank-dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər həm “BirKart BOKT” MMC filiallarına, həmçinin Kapital Bank-ın istənilən digər filiallarına müraciət edə bilərlər.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kapital Bank 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib
Rubl görün neçəyə oldu  -  MƏZƏNNƏ
Qarabağ suvarma kanalı yenidən qurulacaq

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Canlı efirdə studiyaya milçək girdi: Aparıcı görün nə etdi - video
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı