Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13813
az

Xərclədiyiniz pullar sizə qaytarılacaq - Beynəlxalq Bankdan yenilik

15:0927 May, 2019
850
  • A
 
Dünyada, o cümlədən ölkəmizdə də kifayət qədər azarkeşə malik İtaliyanın “Yuventus” futbol klubunun regional partnyoru olan Azərbaycan Beynəlxalq Bankı klubla müştərək brendləşdirilmiş (co-brand) Mastercard Platinum debet kartlarını bazara təqdim edib. Bank bu kartların öncədən satışına başlayıb. Xüsusi dizayn və özəlliklərə malik kartları müştərilər bu link vasitəsilə əvvəlcədən sifariş edə bilərlər: https://www.ibar.az/az/yuventus/
Kartlar onları öncədən sifariş etmiş sahiblərinə 24 iyun tarixindən etibarən təqdim edilməyə başlanacaq. Co-brand kartları AZN, USD və EUR hesabında açdırmaq olar.
3 il müddətinə nəzərdə tutulmuş bu kartların sayı məhdud  - cəmi 3 min ədəd olacaq. Kart müddəti 3 il, xidmət haqqı isə cəmi 30 manatdır. Müştərilər bu kart vasitəsilə istədikləri ödəniş əməliyyatlarını həyata keçirə bilərlər. Ən əsası, kartla Azərbaycan Beynəlxalq Bankının ATM-lərində nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur.
Kart  “cash-back” funksiyasına da malikdir. Bütün alış-veriş məkanlarında bu kartla aparılan ödənişlərin 1%-i “cash-back” olaraq müştərinin kartına geri qayıdır. Azərbaycan Beynəlxalq Bankının “Xərclədikcə gəlir” sloqanı ilə reallaşdırdığı “Qayğıkeş” layihəsi çərçivəsində isə bankla tərəfdaş məkanlarda bu kart və bankın POS terminalları ilə aparılmış ödənişin 5%-dən 40%-dək hissəsi elə yerindəcə müştərinin hesabına geri ödənir. Kart Azərbaycan Beynəlxalq Bankının SMS Xəbərdarlıq sisteminə pulsuz qoşulur. Üstəlik, bu kartla “Yuventus” futbol komandasının rəsmi internet səhifəsində edilən hər bir alış-veriş məbləğinə 2% “cash-back” geri qayıdır.
Azərbaycan Beynəlxalq Bankı və “Yuventus”un co-brand kartlarını əvvəlcədən sifariş etməyinsə başqa bir üstünlüyü də var. Bank yaxın zamanlarda müxtəlif uduş kampaniyaları keçirərək bu kartla ödənişlər aparan müştərilərini mükafatlandıracaq.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
Büdcəyə yenidən baxılsa, bu sahələrə vəsait ayrılacaq
Azad edilmiş rayonlarda ət və süd istehsalının həcmi açıqlanıb - SİYAHI

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir