Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13646
az

DİQQƏT! Bu şəxslər pensiya ALA BİLMƏYƏCƏKLƏR...

11:4924 May, 2019
1571
  • A

“Pensiya stajı uyğun gəlməyən vətəndaşlar yanlız 67 yaşı tamam olan zaman sosial müavinət alacaq”.

Oxu24.com   xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov qeyd edib.

O, vurğulayıb ki, yeni qayda pensiya yaşına çatmış əksər vətəndaşların pensiya almasına mane olacaq:

“Dəyişikliyə əsasən, vətəndaşın ötən ilin ikinci yarısınadək fərdi hesabında hər hansı bir vəsait olubsa, o 25 illik stajla pensiyaya çıxır. Bu yaxşıdır, amma heç də bütün yaşlı insanlarımızın pensiya almasına imkan vermir. Çünki elə vətəndaşlarımız var ki, onların 2006-cı ilədək 25 deyil, məsələn 22 il iş stajı olub və 2006-cı ildən sonra yığımı da olmayıb. Qaydalara əsasən, belə vətəndaşlarımızın əmək pensiyası almaq hüquqları yoxdur”.

İqtisadçı hesab edir ki, “Pensiya Amnistiyası”nın verilməsinə ehtiyac var:

 “Pensiya verilməsi ilə bağlı son zamanlar çoxlu sayda müraciətlər müşahidə olunur. Vətəndaş 2006-cı ilədək hətta 24 il işləyib, amma sonradan əmək müqaviləsi olmadığı üçün yığım edə bilməyib və indi pensiya yaşı çatsa da pensiya ala bilmir. Yalnız 67 yaşı tamam olan zaman sosial müavinət alacaq. Bu  isə minimum əmək pensiyası ilə müqayisədə kiçik məbləğdir. Bütün bu müraciətləri nəzərə alaraq, “Pensiya Amnistiyası”nın verilməsini təklif edirik.  Yəni, əgər vətəndaşın 2006-cı ilədək müəyyən iş ştajı olubsa və hətta 2006-cı ildən sonra onun fərdi hesabında heç bir yığım olmayıbsa, onun pensiya yaşı çatan zaman minimum pensiya məbləği ilə təmin olunmasına ehtiyac var. Bu yaş qrupunda olan insanların sosial təminata daha çox ehtiyacının olduğunu nəzərə aldıqda belə amnistiyanın verilməsi çox vacibdir”.

Qeyd edək ki,  bu il prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiq edib. Dəyişiklik 2006-cı ilədək pensiyaya çıxan şəxslərə şamil olunub. 2006-cı ilin əvvəlindən  2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq, pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır.

“Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklə bağlı daha ətraflı burada tanış ola bilərsiniz.

#pensiya #qanun #Azerbaycan #xeberler Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni doğulan hər körpəyə 500 manat verilə bilər - Şad xəbər
Müəllimlər nə qədər maaş alacaq?
Hadi Rəcəbli nə qədər maaş alır? - Özü açıqladı

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda əməliyyat: 60 nəfər saxlanıldı