Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13295
az

\"Kapital Bank\" kreditini ödəyəcəyi müştərilərini müəyyən edib

13:2816 May, 2019
571
  • A
 
Xəbər verdiyimiz kimi, "Kapital Bank" nağd pul krediti götürən müştərilər üçün “Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirir. Şərtlərə görə 1 may – 31 may 2019-cu il tarixləri arasında kredit götürən müştərilər avtomatik olaraq lotereyada iştirak edib, qalib ola bilərlər.

15 may tarixində lotereyanın 1-ci tirajı keçirilib və 3 müştəri kreditinin aylıq ödənişini hədiyyə qazanıb. Qaliblərin siyahısı sayta əlavə olunub – www.kapitalbank.az/lotereya.

Lotereya aksiyası hələ də davam edir. 22 may, 29 may və 5 iyun tarixlərində keçirilən tiraj zamanı hər həftə üzrə 3 müştərinin maksimum 500 AZN olmaqla aylıq kredit ödənişi, son tirajda isə 1 müştərinin maksimum 10 000 AZN olmaqla bütün kredit məbləği "Kapital Bank" tərəfindən ödəniləcək.

Rəsmi gəliri olan hər kəs, Kapital Bank-dan 300 – 20 000 manat aralığında olan “Gündəlik tələbat krediti”ni, 3 aydan 48 ayadək əldə edə bilər. Nağd pul kreditinin illik faiz dərəcəsi 19%-dən başlayır. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .

Həmçinin "Kapital Bank"dan 3000 manatadək kredit götürüb, ayda cəmi 99 manat ödəniş etmək mümkündür. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər və kredit götürənlərə BirKart hədiyyə olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
Ermənistan Azərbaycandan qaz almaq istəyir: Alen Simonyan müzakirələrə hazır olduqlarını bildirdi
Nağdsız ödənişlərin həcmi 5,7 milyard manata yüksəlib

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur