Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12290
az

Krediti olanların nəzərinə - Pulunuzu BELƏ ALIN

09:5123 Aprel, 2019
750
  • A
 
Dünəndən  etibarən Azərbaycanda problemli kreditlərlə bağlı kompensasiyaların ödənilməsinə başlanılıb. Ödəniş alacaq müştərilər, onlara göndərilən xəbərdarlıq əsasında krediti götürdüyü banka yaxınlaşaraq təyin edilən məbləği alırlar. Kredit təşkilatıları, eyni zamanda bağlanmış bankların müştəriləri isə ''Azərpoçt''un şöbələrinə yaxınlaşaraq ödənişlərini ala bilirlər. Şikayəti olanlar isə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edə bilər.


Vətəndaş təkcə şəxsiyyət vəsiqəsini təqdim etməklə ona təyin edilən kompensasiyanı alır.


Bu gündən etibarən Azərbaycanda dollar kreditlərinə görə təyin edilən kompensasiyaların ödənişinə başlanılıb. Bağlanan banklar, eyni zamanda kredit təşkilatlarının müştəriləri bu ödənişi ''Azərpoçt'' un şöbələrindən ala bilirlər.Bu şəxslərə ilkin mərhələdə 500 manata kimi olan ödənişlər nağd formada verilir.Bundan çox olan vəsaitlər isə Mayın 1-dən kartla ödəniləcək.

Vətəndaş ona verilən kartdakı məbləği bütün bankların ATM- lərindən komisyasız nağdalaşdıra bilər. Kredit təşkilatları eyni zamanda bağlanan bankların müştəriləri''Azərpoçt'' un rəsmi səhifəsində də şəxsiyət vəsiqəsinin məlumatlarını daxil etməklə ,ödənişi harda və zaman ala biləcəyi haqqında məlumat ala bilər.


Eyni proses banklarda da davam etdirilir.Vətəndaş krediti götürdüyü banka yaxınlaşaraq kompensasiyasını ala bilir.


Vətəndaşın kompensasiya məbləği və yaxud digər məsələlərlə bağlı şikayəti varsa Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılan Apelyasiya Komisyasına müraciət edə bilər. Belə müraciət qurumun rəsmi saytından şəxsiyyət vəsiqəsi ilə də edilə bilər. Belə şikayətlərə 15 iş günü, əlavə öyrənilmətələb olunduqda isə 30 iş gününə baxılır.

Ümumiyyətlə ödənişlərin may ayı ərzində başa çatdırılması nəzərdə tutulur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qarabağ suvarma kanalı yenidən qurulacaq
Azərbaycanda elektrikli avtobusların istehsalına başlanılacaq
Yüksək faizli depozit kampaniyasının vaxtı uzadıldı

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Canlı efirdə studiyaya milçək girdi: Aparıcı görün nə etdi - video
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı