Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10916
az

Uşaqpulu hansı ailələrə verilməlidir? - Millət vəkilindən yeni təklif

19:2514 Mart, 2019
947
  • A
 Millət vəkili Vahid Əhmədov hesab edir ki, uşaqların ehtiyaclarının ödənilməsi və onların sağlam böyümələri üçün həmin müavinətlərin bərpasına ehtiyac var..

Vahid Əhmədov - Millət vəkili: "Konkret mənim fikrim ondan ibarətdir ki, ümumiyyətlə, bu vəsait bərpa olunmalıdır. Çünki insanlar müəyyən qədər uşaqlarını böyütmək üçün əziyyət çəkirlər. Ona görə də, bu vəsaiti bərpa etməyə imkan kifayət qədər mümkündür. Azərbaycanın kifayət qədər maliyyə ehtiyatları var".

Sakin: "Elə bilirəm ki, vacibdir. Müəyyən kömək olar. Müəyyən xərcləri ödəyə bilər".

Sakin: "Heç olmasa pampersini, yeməyini alar".

Sakin: "Mən də istəyərəm bərpa olsun. Nə qədər olmaya uşaqların istədiklərini qarşılaya bilərik".

Uşaqpulunun bərpa edilməsi ilə bağlı təkliflər hökumətə təqdim edilib. Təkliflərdə uşaqlar yaş qruplarına görə təsnifləşdirilir və 3 yaşınadək uşaqlara daha çox sosial müavinətin verilməsi göstərilib.

Vüqar Bayramov - İqtisadçı: "3 yaşına qədər uşaqlar üçün biz ayda 80 manat uşaq pulunun verilməsini təklif edirik. 3 yaşdan 6 yaşa qədər aylıq olaraq 50 manat uşaq pulunun verilməsini təklif edirik. Eyni zamanda, 7 yaşdan 17 yaşa qədər, yəni məktəb illərində məktəblilərə ayda 40 manat uşaq pulunun verilməsini təklif edirik".

Ekspertin sözlərinə görə, hazırda ölkəmizdə 17 yaşınadək olan uşaqların sayı 2 mln. 614 min nəfərdir. Əgər bu mexanizm daxilində uşaq pulu bərpa olunarsa, dövlət büdcəsindən il ərzində 1.6 mlrd. manat vəsait ayrılmalıdır. Artıq 3 istiqamətdə vəsaitə qənaət edilməsi və uşaq pulunun verilməsi üçün mənbələr də müəyyənləşib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?
1.7 milyon adamın maaşı artacaq - Şad xəbər
Respublika üzrə pensiyalar ödənildi

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Paşinyanın arvadını fitə basdılar - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir