Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10772
az

Azərbaycanda bu məhsullar UCUZLAŞDI - SİYAHI

21:0611 Mart, 2019
753
  • A
2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,5 faiz artıb.

Oxu24.com xəbər verir ki, cari ilin fevralında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz artıb.

Ay ərzində düyü, un, manna yarması, makaron məmulatları, qoyun və toyuq əti, kolbasa məmulatları, balıq məhsulları, süd məhsulları və pendir, bitki yağları, limon, naringi, portağal, banan, alma, armud, heyva, nar, kivi, kələm, göyərti, xiyar, pomidor, bibər, badımcan, kartof, soğan, sarımsaq, şəkər və şəkər tozu, qəhvə, çay və kakao, tütün məmulatları və spirtli içkilərin qiymətlərində artım, qarabaşaq yarması, yumurta, kərə yağı, yerkökü və çuğundurun qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində qeyri-ərzaq mallarından ayaqqabılar, xalça və digər döşəmə örtükləri, mebel və ev əşyaları, velosipedlər, mobil telefonlar, televizorlar, zərgərlik məmulatları, dəftərxana ləvazimatları, kəsilmiş taxta, sement, kərpic, nitro, sulu və yağlı boyaların qiymətlərində artım, geyim, soyuducular, paltaryuyan maşınlar, tozsoranlar, noutbuk və planşet tipli kompüterlərin qiymətlərində isə azalma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Cari ilin fevralında yanvar ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmizlənməsi, təmiri və kirayəsi, avtomobillərin təmiri, tibbi və stomatoloji xidmətlərin, ölkə daxilində istirahət turlarının qiymətləri artıb, respublikadan kənara istirahət turlarının, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə azalıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?
1.7 milyon adamın maaşı artacaq - Şad xəbər
Respublika üzrə pensiyalar ödənildi

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir